Culfa rayonu

Ümumi məlumat

 

Ümumi ərazi, [kv. km] 926,30
Əhalinin ümumi sayı [min nəfər] 45,1
Şəhər 1
Kəndlərin sayı 22
Bələdiyyə 18

İnzibati ərazi dairələri və ərazi vahidləri

1. Culfa şəhər iəd
Сulfa ş.

12. Xanəgah kənd iəd
Xanəgah k.

2. Bənəniyar kənd iəd

13. Kırna kənd iəd

Bənəniyar k.

Кırnа к.
Qızılca к.

3. Camaldın kənd iəd

Сamаldın k.

14. Qazançı kənd iəd

4. Dizə kənd iəd

Qazançı k.

Dizə k.

15. Ləkətağ kənd iəd

5. Əbrəqunus kənd iəd

Ləкətağ k.

Əbrəqunus k.

Boyəhməd k.

6. Əlincə kənd iəd

16. Milax kənd iəd

Əlinсə k.

Milax к.

Xoşkeşin k.

17. Nəhəcir kənd iəd

7. Ərəfsə kənd iəd

Nəhəcir k.

Ərəfsə k.

18. Saltaq kənd iəd

8. Ərəzin kənd iəd

Saltaq k.

Ərəzin k.

19. Şurud kənd iəd

9. Göydərə kənd iəd

Şurud k.

Göуdəгə k.

Gal k.

10. Göynük kənd iəd

20. Teyvaz kənd iəd
Teyvaz к.

Göуnüк к.

11. Gülüstan kənd iəd

21. Yaycı kənd iəd

Gülüstan k.

Yaycı к.

Culfa Naxçıvan Muxtar Respublikasının qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir.
Ehtimala görə «Culfa» sözü orta əsrlərdə cükki tacir təşkilatının adı ilə əlaqədardır. Culfanın adı bəzi mənbələrdə Culağ kimi də çəkilir. Qədim Culfanın xarabalığı indiki Culfa şəhərindən 3 km aralıdadır. Burada yaşayış binaları, qala divarları, karvansara, bazar və dini binaların qalıqları, qədim qəbiristanlıq aşkar edilmişdir. 1939-1940-cı illərdə Culfa şəhərində aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünə aid monoxrom və polixrom boyalı gil qablar, tunc xəncər, ox və nizə ucluqları, toppuz, bilərzik, boyunbağı və s. tapılmışdır. Tranzit karvan yolu üzərində yerləşən Culfa daim mühüm rola malik olmuş, regionun iqtisadi əhəmiyyəti artmışdır. IX-XII əsrlərdə Culfada sənətkarlıq və ticarət daha da inkişaf etmişdir. XI əsrin ikinci yarısından etibarən beynəlxalq ipək ticarətində mühüm rol oynamağa başlamışdır. Həmin dövrdə Culfada təqribən 3000 ev mövcud idi (15-20 min əhali yaşayırdı). Culfa tacirləri Rusiya, şərq ölkələri, Venesiya, Marsel və s. Avropa şəhərləri ilə ipək ticarəti edirdilər. Culfa rayonu Naxçıvan Muxtar Respublikasında inzibati rayon kimi 8 avqust1930 ildə təşkil edilmişdir. Şimal-şərqdə Ermənistanla, cənubda isə İranla həmsərhəddir. Mərkəzi Culfa şəhəridir.
Rayona Culfa ş. və Yaycı, Dizə, Əbrəqunis, Bənəniyar, Ərəzin, Camaldin, Saltax, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Milax, Teyvaz, Qazançı, Nəhəcir, Göynük, Ərəfsə, Ləkətağ, Boyəhməd, Kirnə, Qızılca, Şurud, Gal, Gülüstan kəndləri daxildir.
Rayonun Ermənistan Respublikası ilə sərhədi boyu Zəngəzur silsiləsi uzanır. Silsilə Araz çayına doğru alçalaraq Arazboyu düzənliklərə (Culfa düzənliyi və s.) keçir. Rayonun ən yüksək nöqtəsi Dəmirlidağdır (3364 m). Tabaşir-Neogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: mərgmüş, gəc, gips və s. Mineral sular (Darıdağ, Nəhəcir və s.) çıxır. Ərazinin çox hissəsində yayı quru isti, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 19-28°C-dir. İllik yağıntı 200-600 mm-dir.
Rayonun əsas çayları Araz, Əlincə və Qaradərədir. Əlincə çayı üzərində faydalı həcmi 13 mln. m3 olan Bənəniyar su anbarı inşa olunmuşdur (1982-87). Bunun hesabına 6 min ha sahə əkin dövriyyəsinə daxil edilmişdir. Rayonun torpaqları, əsasən, dağ-çəmən, qəhvəyi, dağ-meşə, dağ-şabalıdı, boz, çəmən-boz torpaqlarından ibarətdir. Səhra, yarımsəhra, dağ bitkiləri və subalp çəmənləri yayılmışdır. Enliyarpaqlı dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir. Muflon, qaya keçisi, canavar, tülkü, boz dovşan, ular və s. məskunlaşmışdır.
Culfa, əsasən, üzümçülük və heyvandarlıq rayonudur. Taxılçılıq inkişaf etmişdir. Karbon qazı zavodu, gəc sexi, kənd təsərrüfatı və dəmiryol texnikası təmiri müəssisələri, yüksək gərginlikli elektrik transformatorlarının sarğısı sexi fəaliyyət göstərir.
Rayonda və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir. 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, «Əlincə» kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi mövcuddur.
Culfa Rayon İcra Hakimiyyətinin orqanı olan «Arazın səsi» qəzeti 1935-ci ildən nəşr olunur.
Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 85 kilometrdir. Həmin dəmir yolu birinci kateqoriyaya aiddir.
Avtomobil yolunun uzunluğu isə 273 kilometrdir. Ondan 100 kilometri ikinci dərəcəli kateqoriyaya və 9 kilometri isə 3-cü dərəcəli kateqoriyaya aiddir. Avtomobil yollarının 164 kilometri isə rayon daxili yollardır

Tarixi və memarlıq abidələri haqqında məlumat

1. Memarlıq abidələri

Gülüstan türbəsi: Gülüstan kəndi yaxınlığında yerləşir. XIII əsrin əvvəllərinə aiddir.
Daş körpü: Ərəfsə kəndindən şimal-şərqdə Əlincəçayın üzərində yerləşir. Orta əsrlərə aiddir.
Ərəfsə piri: Culfa rayonunun Ərəfsə kəndində Əlincəçayın sol sahilindəki təpənin üstündə yerləşir. Orta əsrlərə aiddir.
Əlincəçay Xanəgahı memarlıq kompleksi: Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşir. Orta əsrlərə aiddir.
Xanəgah türbəsi: Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşir. Orta əsrlərə aiddir.
Kırna cümə məscidi: Kırna kəndində yerləşir.
Nəiminin türbəsi: Culfa rayonunun Xanəgah kəndi yaxınlığında yerləşir. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. Orta əsrlərə aiddir.


2. Tarixi abidələr:
Əshabi-Kəhf: adı Quranda çəkilən bu abidə Culfa rayonu ərazisində İlandağ ilə Nəhəcir dağı arasında yerləşir. Bizim e. ə. VII minilliyə aiddir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq və bərpa işləri aparılmış, zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.
Qazançı qalası: Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində yerləşir. E. ə. II-I minilliyin əvvəllərinə aiddir.
Qazançı körpüsü: Culfa rayonunun Qazançı kəndində yerləşir. XV-XVI əsrlərə aiddir.
Şeyx Xorasan Xanəgahı: Xanəgah kəndi yaxınlığında, Əlincə qalasının ətəyində yerləşir. Orta əsrlərə aiddir.
Əlincə qalası: Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində eyni adlı dağın zirvəsindədir. Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar Əlincə qalasının tikilmə tarixinin III-VII əsrlərə aid olduğunu söyləyirlər.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.