Şərur rayonu

Ümumi məlumat

Ümumi ərazi, [kv. km]

872,26

Əhalinin ümumi sayı [min nəfər]

112,3

Şəhər

1

Kəndlərin sayı

65

Bələdiyyə

53


İnzibati ərazi dairələri və ərazi vahidləri

 

1. Şərur şəhər iəd
Şərur ş.

21. Gümüşlü kənd iəd
Gümüşlü k.
Şahbulaq k.

2. Axaməd kənd iəd

Axaməd k.

22. Havuş kənd iəd

Qaraburc k.

Havuş k.

3. Axura kənd iəd

23. Həmzəli kənd iəd

Axura к.

Həmzəli k.

4. Alışar kənd iəd

24. Xanlıqlar kənd iəd

Alışar k.

Xanlıqlar k.

5. Arbatan kənd iəd

25. Xələc kənd iəd

Arbatan k.

Xələc к.

6. Aşağı Aralıq kənd iəd

26. İbadulla kənd iəd

Aşağı Aralıq k.

İbadulla к.

7. Aşağı Daşarx kənd iəd

27. Kərimbəyli kənd iəd

Aşağı Daşarx k.

Kərimbəyli k.

Oğuzkənd k.

28. Kosacan kənd iəd

8. Aşağı Yaycı kənd iəd

Kosacan k.

Aşağı Yaycı k.

29. Kürçülü kənd iəd

9. Cəlilkənd kənd iəd

Kürçülü k.

Cəlilkənd k.

30. Kürkənd kənd iəd

10. Çəmənli kənd iəd

Kürkənd k.

Çəmənli k.

31. Qarahəsənli kənd iəd

Arpaçay k.

Qarahəsənli k.

11. Çərçiboğan kənd iəd

32. Qarxun kənd iəd

Çərçiboğan k.

Qarxun k.

Babəki k.

33. Qışlaqabbas kənd iəd

12. Çomaxtur kənd iəd

Qışlaqabbas k.

Çomaxtur k.

34. Qorçulu kənd iəd

13. Danyeri kənd iəd

Qorçulu k.

Danyeri k.

35. Mahmudkənd kənd iəd

14. Dəmirçi kənd iəd

Mahmudkənd k.

Dəmirçi k.

Bəhruz Kəngərli k.

15. Dərəkənd kənd iəd

Günnüt k.

Dərəkənd k.

36. Maxta kənd iəd

16. Dərvişlər kənd iəd

Maxta к.

Dərvişlər k.

37. Məmmədsabir kənd iəd

17. Dizə kənd iəd

Məmmədsabir k.

Dizə k.

38. Muğancıq Mehrab kənd iəd

18. Düdəngə kənd iəd

Muğancıq Mehrab k.

Düdəngə k.

Muğancıq Müslüm k.

19. Ələkli kənd iəd

39. Muğanlı kənd iəd

Ələkli k.

Muğanlı k.

20. Ərəbyengicə kənd iəd

40. Oğlanqala kənd iəd

Ərəbyengicə k.

Oğlanqala k.

41. Püsyan kənd iəd
Püsyan к.
Təzəkənd к.

47. Vərməziyar kənd iəd

Vərməziyar k.
Stansiya Daşarx k.

42. Sərxanlı kənd iəd

48. Yengicə kənd iəd

Sərxanlı k.

Yengicə k.

43. Siyaqut kənd iəd

49. Yeni Havuş kənd iəd

Siyaqut k.

Yeni Havuş k.

44. Şəhriyar kənd iəd

Xətai k.

Şəhriyar k.

50. Yuxarı Aralıq kənd iəd

45. Tənənəm kənd iəd

Yuxarı Aralıq k.

Tənənəm k.

51. Yuxarı Daşarx kənd iəd

46. Tumaslı kənd iəd

Yuxarı Daşarx k.

Tumaslı k.

52. Yuxarı Yaycı kənd iəd

Diyadin k.

Yuxarı Yaycı k.

Vayxır k.

53. Zeyvə kənd iəd

 

Zeyvə k.

Şərur « Dərələyəz qəzası 1870-ci ildə yaradılmışdır. Mərkəzi indiki Cəlilkənd olan Şərur « Dərələyəz qəzasının sahəsi 1897-ci ilin məlumatına görə 29.723 kv. km, əhalisinin sayı 76.551 nəfər olmuşdur. İran və Türkiyə ilə həmsərhəd olan Şərur-Dərələyəz qəzasının əhalisi əsasən əkinçilik, bağçılıq, üzümçülük, pambıqçılıq və arıçılıqla məşğul olmuşdur. Şərur rayonu 1930-cu il avqust ayının 8-də təşkil olunmuşdur. 28 fevral 1991-ci ildə bu inzibati ərazinin əvvəlki adı özünə qaytarılaraq Şərur adlandırılmışdır. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Mərkəzi Şərur şəhəridir.  
Rayona Şərur ş. və Maxta, Qaraburc, Axaməd, Kərimbəyli, Oğlanqala, Çomaxtur, Siyaqut, Kosacan, Yuxarı Daşarx, Dərəkənd, Aşağı Daşarx, Çərçiboğan, Babəki, Dərvişlər, Qarahəsənli, Arbatan, Vərməziyar, Daşarx, Püsyan, Təzəkənd, Yengicə, Alışar, Xələc, Havuş, Yeni Havuş, Xətai, Cəlilkənd, Mahmudkənd, Günnüt, Yuxarı Aralıq, Aşağı Aralıq, Dizə, İbadulla, Ərəbyengicə, Tumaslı, Vayxır, Diyadin, Şəhriyar, Muğanlı, Dəmirçi, Aşağı Yaycı, Yuxarı Yaycı, Gümüşlü, Qarxun, Məmmədsabir, Muğancıq-Mehrab, Muğancıq-Müslüm, Sərxanlı, Axura, Həmzəli, Tənənəm, Qorçulu, Kürkənd, Kürçülü, Düdəngə, Zeyvə, Şahbulaq, Çəmənli, Danyeri, Ələkli, Xanlıqlar, Oğuzkənd, Qışlaqabbas, Arpaçay, Bəhruz Kəngərli kəndləri daxildir.
Rayonun səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən ibarətdir. Hündürlüyü 600-700 m-dən (Araz çayı sahilində) 2775 m-ədək (Dərələyəz silsiləsində) dəyişir. Düzənlik və dağətəyi hissədə, əsasən, Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: polimetal filizlər, travertin, mərmər, mərmərəbənzər əhəngdaşı və s. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır. Orta temperatur yanvarda -6°C-dən -3°C-yədək, iyulda 20-26°C-dir. İllik yağıntı 200-400 mm-dir. Çayları: Araz, Arpaçay, Qaradərə və s. Arpaçay su anbarı Şərur rayonu ərazisindədir.
Boz və çəmən-boz, şorakətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra bitkilərindən və dağ-kserofitlərindən ibarətdir. Heyvanları: qaya keçisi, muflon, canavar, tülkü, boz dovşan, çöldonuzu, daşlıq dələsi, çöl siçanı və s. Quşları: qırqovul, kəklik, ular, bağrıqara və s.
Şərur, əsasən, kənd təsərrüfatı rayonudur. Təsərrüfatda bitkiçilik və heyvandarlıq mühüm rol oynayır. Rayonda şəkər çuğunduru şirkəti, 5 dəyirman var.
Rayonda 60 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 67 klub müəssisəsi, 1 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, «Bahar» kinoteatrı, mərkəzi xəstəxana, 8 sahə xəstəxanası, 20 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 27 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Şərur rayonu Naxçıvan Muxtar Respublikasının ən qədim və ən iri yaşayış məskənlərindən biridir. Şərurun əlverişli təbii coğrafi mövqeyi insanların burada qədim zamanlardan məskən salmasına şərait yaratmışdır. Tədqiqatlar göstərmişdir ki, bu bölgədə insanlar hələ son buzlaşma dövründən məskunlaşmışdır. Gur sulu çaylara, münbit torpaqlara malik olan Şərurun ərazisi xüsusilə əkinçilik mədəniyyətinin inkişafı üçün əlverişli olmuşdur.
Hələ eramızdan əvvəl Şərurda insanların məskunlaşdığı tarixi araşdırmalarla müəyyən edilmişdir. 1300 il bundan əvvəlki dövrlərə aid olan «Kitabi-Dədə Qorqud» dastanlarında «Şərik» kimi xatırlanan Şərur inzibati ərazisindəki qazıntılar zamanı Eneolit, Tunc dövrlərinə, Antik dövrə, orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri aşkar edilmişdir. Rayon ərazisindəki «Qaratəpə» dağında olan və 40 hektar sahəni əhatə edən «Oğlanqala» yaşayış məskəninin tarixi e. ə. II-I minilliklərə aiddir. Şərurda qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi-mədəniyyət abidələri ilə zəngin xeyli arxeoloji abidələr və yaşayış məskənləri mövcuddur. Bunlar qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir. 1987-1990-cı illərdə Daş dövrünə (Mustye) aid qazma mağarasından maddi-mədəniyyət qalıqları, o cümlədən çaxmaqdaşı və dəvəgözündən hazırlanmış xeyli əmək aləti aşkara çıxarılmışdır. Orta Tunc dövrünün abidələri, əsasən Araz çayı, Arpaçay və onların qolları üstündə aşkar edilmişdir. (Şortəpə, Xələc dağı, Kültəpə, Cənnətqaya və s.).
Eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərində Şərur ərazisində Xocalı-Gədəbəy mədəniyyətinin (son Tunc-ilk Dəmir dövrləri) keramikası ilə seçilən abidələr yayılmışdır. Eramızdan əvvəl I minilliyin birinci yarısına aid abidələrin tədqiqi bu əraziyə xarici işğalçıların, xüsusilə Urartu basqınlarının artdığını göstərir. Bölgədə Oğlanqala, Govurqala, Qarasu qalası kimi müdafiə istehkamları inşa edilmişdir. Qədim Şərur ərazisi Küp qəbirlərlə zəngindir. Eramızın I-IV əsrlərində bölgədə quyu qəbirlərlə xarakterizə olunan arxeoloji mədəniyyətin yayılması xüsusi maraq doğurur. Erkən və inkişaf etmiş orta əsrlərdə Şərur ərazisində yaşayış məskənlərinin sayı xeyli artmışdır. (Yaycı, Parçı, Tənənəm, Şahbulaq və s.) XVIII əsrin əvvəllərində Osmanlıların idarəsində olan Şərur nahiyəsində 1728-ci ilin məlumatına görə («İrəvan əhalisinin müfəssəl dəftəri») azərbaycanlılardan ibarət 73 yaşayış məntəqəsi mövcud olmuşdur.
Şərur rayonunda rayon İcra Hakimiyyətinin orqanı olan «Şərurun səsi» qəzeti fəaliyyət göstərir. «Şərurun səsi» qəzeti ilk dəfə 1951-ci ilin oktyabr ayında «Pambığa doğru» adı ilə nəşr olunmuşdur. 1966-cı ilin yanvar ayında rayon qəzetinə «İşıqlı yol» adı verilmişdir. 1991-ci ildən isə rayon qəzeti «Şərurun səsi» adı altında fəaliyyət göstərir.
Rayon ərazisində respublika əhəmiyyətli avtomobil yollarının uzunluğu 147,5 kilometr və yerli əhəmiyyətli avtomobil yollarının uzunluğu isə 312,5 kilometrdir. Respublika əhəmiyyətli yollar Naxçıvan « Sədərək avtomobil yolunun 29 kilometri, Dizə kəndinə gedən yolun 6 kilometri, Şərur şəhərinə gedən yolun 5,5 kilometri, Kərimbəyli, Dərvişlər və Qarahəsənli kəndlərinə gedən yolun 22 kilometri, Xanlıqlar və Gümüşlü kəndlərinə gedən yolun 35 kilometri, Dizə, Axura, Havuş kəndlərinə gedən yolun 30 kilometri, Şərur-Qıvraq yolunun 20 kilometri aiddir. Yerli əhəmiyyətli yollar isə kəndlər arasındakı yollar təşkil edir.
Şərur rayonu ərazisindən keçən dəmir yolu II qrupa aiddir və rayonun 28 km ərazisini əhatə edir. Bu ərazidə Şərur, Daşarx və Vəlidağ stansiyalarından ibarət 3 stansiya vardır. Şərur dəmir yolu stansiyası birinci sinfə, Daşarx və Vəlidağ stansiyaları isə beşinci sinfə aiddir.
Avtomobil yollarına Şərur Yol Təmir « İstismar İdarəsi, dəmir yoluna isə Şərur dəmir yolu stansiyası tərəfindən xidmət göstərilir.

Tarixi və memarlıq abidələri haqqında məlumat


Şərur rayonu arxeoloji və tarixi memarlıq abidələri ilə zəngindir. Burada daş dövründən başlamış tarixin bütün mərhələlərinə aid abidələr mövcuddur. Şərur ərazisində arxeoloji abidələr içərisində Qazma mağarası xüsusi tarixi əhəmiyyət kəsb edir. Bu mağara Naxçıvan Muxtar Respublikası ərazisində ən qədim insan düşərgəsi olub, orta daş dövrünə « yəni 60-80 min il bundan əvvələ aiddir. Qazma mağarası Tənənəm kəndi ərazisində yerləşir. Mağara 1938 -1939-cu illər arasında tədqiq olunmuşdur.
Şərur ərazisində mövcud olan arxeoloji abidələr sırasında Oğlanqala abidəsi öz möhtəşəmliyinə və əzəmətinə görə daha çox diqqət çəkəndir. Bu abidə Oğlanqala kəndi ərazisində olan Qaratəpə mərmər dağının üzərində yerləşir. Oğlanqala e. ə II-I minilliyə aid olan Şərurun qala « şəhər yeridir.
Qarasu qalası Şərur ərazisində olan qədim yaşayış yerlərindən biridir. Arpa çayın sol sahilindəki hündür təpənin üzərində yerləşir. Qarasu qalası Gümüşlü kəndi ərazisində olub, e. ə II-I minilliyə aid olan qədim qala yeridir.
Qız qalası Arpa çayın sağ sahilindəki Uzun qaya dağ silsiləsinin üzərindədir. Qız qalası e. ə II-I minilliyə aid olub, Aşağı Yaycı kəndi ərazisindədir.
Şərur ərazisində bir sıra tarixi-memarlıq abidələri mövcuddur. Bu memarlıq abidələri içərisində Parçı İmamzadəsi xüsusi əhəmiyyətə malikdir. Abidə təmir olunaraq əvvəlki görkəminə qaytarılıb və bərpa olunmuşdur. Parçı İmamzadəsi Səfəvilər dövlətinin yadigarı olub, gözəl üslubda tikilmiş memarlıq incisidir. Parçı İmamzadəsinin səkkizinci imam Müseyi Kazımın nəvəsi Şahzadə İbrahimə aid olduğu söylənilir. İmamzadə ziyarətgahı XVI əsrə aid olub, (keçmiş Parçı) indiki Xanlıqlar kəndi ərazisində yerləşir.
Şərur ərazisində mövcud olan tarixi-memarlıq abidələrindən biri də Pir Süleyman türbəsidir. XVI « XVII yüzilliyin yadigarı olan Pir Süleyman türbəsi Tənənəm kəndi ərazisində yerləşir.
Şərur ərazisində qeydə alınmış memarlıq abidələrindən biri də Yengicə Kəndindəki Köhnə hamamdır. Bu hamam XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aiddir. Köhnə hamam tarixi memarlıq baxımından gözəl sənət incisidir.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat


Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti nəticəsində Şərur rayonunun Günnüt kəndi işğal edilmiş, Havuş və Şahbulaq kəndlərində əhaliyə məxsus yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılmışdır.
1990-1993-cü illərdə ermənilərin rayon ərazisinə hücumu nəticəsində Havuş kəndində məktəb, klub, kitabxana, tibb müəssisəsi, 38 yaşayış evi, Şahbulaq kəndində məktəb, klub, kitabxana tibb müəssisəsi, 23 yaşayış evi dağıdılmış və meşə zolağı sıradan çıxarılmışdır. Günnüt kəndi işğal edildikdən sonra 32 yaşayış evi, məktəb, tibb məntəqəsi, kitabxana dağıdılmış və əhali rayonun digər yaşayış məntəqələrinə köçürülmüşdür. Günnüt kəndinin qəbiristanlığı və məscid dağıdılmış, Havuş və Şahbulaq kəndlərində olan məscidlər yararsız hala salınmışdır.