Şahbuz rayonu

Ümumi məlumat

Ümumi ərazi, [kv. km]

836,58

Əhalinin ümumi sayı [min nəfər]

24,6

Şəhər

1

Kəndlərin sayı

22

Qəsəbələrin sayı

1

Bələdiyyə

22

İnzibati ərazi dairələri və ərazi vahidləri

1. Şahbuz şəhər iəd

12. Kolanı kənd iəd
Kolanı k.

Şahbuz ş.

2. Ağbulaq kənd iəd

13. Kükü kənd iəd
Kükü к.

Ağbulaq k.

3. Aşağı Qışlaq kənd iəd

14. Külüs kənd iəd

Aşağı Qışlaq k.

Külüs k.

4. Ayrınc kənd iəd

15. Qızıl Qışlaq kənd iəd

Ayrınc к.

Qızıl Qışlaq k.

5. Badamlı kənd iəd

16. Mahmudoba kənd iəd

Badamlı к.

Mahmudoba k.

6. Badamlı qəsəbə iəd

17. Nursu kənd iəd

Badamlı q.

Nursu k.

7. Biçənək kənd iəd

18. Sələsüz kənd iəd

Biçənək к.

Sələsüz k.

8. Daylaqlı kənd iəd

Mərəlik k.

Daylaqlı k.

19. Şada kənd iəd

Kiçikoba к.

Şada к.

9. Gömür kənd iəd

20. Şahbuzkənd kənd iəd

Gömür k.

Şahbuzkənd k.

10. Güney Qışlaq kənd iəd

21. Türkeş kənd iəd

Güney Qışlaq k.

Türkeş k.

11. Keçili kənd iəd

22. Yuxarı Qışlaq kənd iəd

Keçili k.

Yuxarı Qışlaq k.

 


Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsünə daxil olan Şahbuz rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (1978-ci ildə Babək) rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil rayon kimi təşkil edilmişdir.
Şahbuz rayonu şərq və şimaldan Ermənistanla həmsərhəddir. 25 yaşayış məntəqəsini birləşdirir. Rayon 22 inzibati ərazi dairəsini əhatə edir. Mərkəzi Şahbuz qəsəbəsidir.
  Rayona Şahbuz, Badamlı qəsəbələri və Qarababa, Mahmudoba, Biçənək, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Kükü, Badamlı, Şahbuzkənd, Keçili, Külüs, Kiçik-oba, Daylaqlı, Mərəlik, Sələsüz, Şada, Güney Qışlaq, Qızıl Qışlaq, Ayrınc, Kolanı, Ağbulaq, Nursu, Gömür, Türkeş kəndləri daxildir.
Rayon Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənub və Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşir. Səthi, əsasən, dağlıqdır. Ən yüksək nöqtələri Zəngəzur silsiləsində Salvartı dağı (3160 m) və Keçəldağ (3115 m), Dərələyəz silsiləsində Kükü dağıdır (3120 m). Biçənək aşırımı (2346 m) rayonun şimalındadır. Tabaşir-Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: kükürd, torf, tikinti materialları, məmulat daşları və s. Mineral sular (Badamlı, Biçənək, Batabat, Karvansara və s.) çıxır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 10-25°C-dir. İllik yağıntı 400-600 mm-dir. Ərazisindən Naxçıvan çayı və onun qolları (Kükü, Şahbuz, Salvartı) axır. Qanlıgöl və Batabat gölündən su anbarları kimi istifadə olunur.
Rayonun torpaqları dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-tünd şabalıdıdır. Dağ-kserofit bitkiləri, dağ çölləri, sub-alp və alp çəmənləri yayılmışdır. Enli-yarpaqlı dağ meşələrinə (palıd, fıstıq, vələs) rast gəlinir.
Şahbuz, əsasən, heyvandarlıq rayonudur. Arıçılıq və meyvəçilik də inkişaf etdirilir. Badamlı mineral su zavodu fəaliyyət göstərir.
Rayonda 23 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 26 klub müəssisəsi, 1 muzey, Şahbuz Dövlət Təbiət Qoruğu, 2 uşaq musiqi məktəbi, «Araz» kinoteatrı, mərkəzi xəstəxana, 2 sahə xəstəxanası, 10 həkim ambulatoriyası, 11 feldşer-mama məntəqəsi, 1 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. 
Şahbuz toponimi erkən orta əsrlərdə mövcud olmuş və xarabalıqları qalmış eyniadlı qalanın adı ilə əlaqədardır. Həmin qalanın adı isə Şahbuztəpə dağının adından yaranmışdır.
Rayon İcra Hakimiyyətinin orqanı olan «Oğuz səsi» qəzeti 1936-cı ildən nəşr olunur. 1936-cı ildən «Sosializm maldarlığı», 1966-cı ildən «Qabaqcıl», 1991-ci ildən «Oğuz yurdu», 1992-ci ildən isə «Oğuz səsi» adı ilə nəşr olunub. Yarandığı ilk gündən bu günə qədər rayonumuzun ictimai-siyasi, iqtisadi-mənəvi həyatı ilə sıx bağlı olub.
Rayonun ərazisindən keçən avtomobil yollarının uzunluğu 282 kilometrdir. Dövlət əhəmiyyətli yolların uzunluğu 109 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu 173 kilometrdir

Tarixi və memarlıq abidələri haqqında məlumat

Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, Sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir. Şahbuz qalası eramızın əvvəllərində inşa edilmişdir. Şapur qalası Şahbuz rayonunun eyniadlı kəndi yaxınlığında, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üstündədir. Arxeoloji abidə kimi 1990-cı ildə qeydə alınmışdır. Tapıntılar Şapur qalasında həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərədək davam etdiyini göstərir. Fərhad qalası Batabat yaylağında arxeoloji abidə kimi qeydə alınmışdır. Tədqiqatlar Fərhad qalasının eramızdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.




Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat


1.Batabat rəsədxanası 2. Batabatda televiziya ötürücüsü 3. Batabatda pioner düşərgəsinin 2 binası 4. Şada kəndində şəxsi ev (top düşüb dağıdılıb, Məmmədova Çiçək Mirzalı qızı) 5. Keçili, Kükü, Şada, Güney Qışlaq, Qızıl Qışlaq kəndlərində ictimai və fərdi təsərrüfatlara məxsus mal-qara aparılıb.