Tikinti

Naxçıvan Muxtar Respublikasında son dövrlərdə tikinti quraşdırma işlərinin həcmi dinamik artımla müşahidə olunur. Zəngin və çoxsaylı tikinti materiallarına malik muxtar respublikanın ərazisi burada tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər və s. sənaye müəssisələrinin yaradılmasına və nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasına imkan vermişdir. Burada aparılan tikinti-quraşdırma və tikinti təmir işləri yalnız muxtar respublikanın daxili imkanları hesabına təmin olunur.
Naxçıvan Muxtar Respublikasının hər bir sakinin normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə əhalinin və iqtisadiyyatın bütün sahələrinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz ilə təminatı, yolların bərpası və yenidən çəkilməsi, zəruri abadlıq işlərinin aparılması, yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər muxtar respublikada uğurla aparılmaqdadır. Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri istiqamətində 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 951 milyon 196 min 500 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,9 faiz çoxdur. İnvestisiya 6 qoyuluşlarının 834 milyon 503 min manatı və ya 87,7 faizi tikintiquraşdırma işlərində istifadə edilmişdir. 2015-ci ildə muxtar respublikada 288 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 104 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2015-ci ildə də davam etdirilmiş, 1 qəsəbə, 15 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin inşası davam etdirilmişdir. 2015-ci ildə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması məqsədilə 5 ədəd kommunal təyinatlı avtomobil alınmışdır. Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmış, 2 yaşayış binasının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin də tikintisi davam etdirilmişdir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2015-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 370 min 878 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2014-cü ildəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. 2015-ci ildə Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir. Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilmiş, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək 7 rayonlarında içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Bu sahədə diqqəti cəlb edən digər mühüm xüsusiyyət isə ondan ibarətdir ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələrinin, təhsil, elm, səhiyyə, mədəniyyət ocaqlarının, inzibati obyektlərin, infrastruktur sahələrinin tikintisi sadəcə muxtar respublikanın mərkəzini deyil, onun bütün rayon mərkəzini və kəndlərini də əhatə etmişdir.