Xronologiya

Naxçıvan bölgəsinin tarixinin əsas hadisələri

e.ə. IV-III minilliklər

Naxçıvanda Eneolit dövrü

e.ə. IV-III minilliyin sonu

İlkin Tunc dövrü. Kür-Araz mədəniyyəti

e.ə. II minillik 

Naxçıvan mədəniyyəti

e.ə. IX - e.ə.VII yüzilliyin sonları

Manna dövlətinin tərkibində olmuşdur

e.ə. VII - e.ə.550-ci il

Midiya dövlətinin tərkibində olmuşdur

e.ə. 550-ci il - e.ə.330-cu il

Əhəməni imperiyasının tərkibində olmuşdur

e.ə. IV əsrin sonlarından

Atropatena dövlətinin tərkibində olmuşdur

III əsrin 2-ci yarısından

Sasanilər dövlətinin tərkibində olmuşdur

VII əsrin 2-ci yarısından

Ərəb xilafətinin tərkibində olmuşdur

IX əsrin sonu - X əsrin 40-cı illərinədək

Sacilər dövlətinin tərkibində olmuşdur

942-981

Salarilər dövlətinin tərkibində olmuşdur

X yüzilin 80-ci illərindən XI yüzilin ortalarınadək

Naxcıvan şahlığı yaranmışdır

1064

Səlcuq imperiyasının tərkibində olmuşdur

1136-1225

Naxçıvan Atabəylər-Eldənizlər dövlətinin paytaxtı olmuşdur

XII əsrin 20-ci illəri –
XII əsrin sonu

Əcəmi Əbubəkr oğlu Naxçıvani

1175-1186

Qızıl Arslanın hakimiyyət dövrü
Naxçıvanda Ali Mədrəsə fəaliyyət göstərmişdir

1186

Möminə Xatun türbəsinin tikilməsi

1221

Monqolların yürüşü

1225

Atabəylər dövlətinin süqutu

XIII əsrin 30-cu illərində

Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edilmişdir

1257

Hülakülər dövlətinin tərkibinə daxil olmuşdur

1387-ci il

Əmir Teymur Naxçıvana yürüş etmişdir

1387-1401

Əlincə qalasının Əmir Teymurun qoşunları tərəfindən mühasirəsi

1394

Hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin edamı

1412-1468

Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur

1468-1501

Ağqoyunlu dövlətinin tərkibində olmuşdur

1501

Səfəvi dövlətinin tərkibində Naxçıvan bəylərbəyliyi

1605

Osmanlı qoşunları Naxçıvanı tutmuşdur

1724

Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur

1735

Əfşar imperiyasının tərkibində olmuşdur

1747-ci il

Naxçıvan xanlığı yaranmışdır

1747-1764

Heydərqulu xan Kəngərli - Naxçıvan xanı

1764-1765

Hacı xan Kəngərli - Naxçıvan xanı

1765-1770

Rəhim xan Kəngərli - Naxçıvan xanı

1770-1773

Əliqulu xan Kəngərli - Naxçıvan xanı

1773-1781

Vəliqulu xan Kəngərli - Naxçıvan xanı

1781-1783

Abbasqulu xan Kəngərli - Naxçıvan xanı

1783-1785

Cəfərqulu xan Kəngərli- Naxçıvan xanı

1787-1796

Kalbalı xan Kəngərli - Naxçıvan xanı

1797-1801

Abbasqulu xan Kəngərli - Naxçıvan xanı

1801, 12 sentyabr

Şərqi Gürcüstanla birlikdə Şimali Azərbaycan torpaqlarının Rusiyaya ilhaq edilməsi dövrü başlamışdır

1801-1804

Kalbalı xan Kəngərli - Naxçıvan xanı

1804

Abbasqulu xan Kəngərli - Naxçıvan xanı

1804-1807

Kalbalı xan Kəngərli - Naxçıvan xanı

1808

Abbasqulu xan Kəngərli - Naxçıvan xanı

1809-1812

Kalbalı xan Kəngərli - Naxçıvan xanı

1804-1813

I Rus-İran müharibəsi

1810, 15 iyun

Mehri ruslar tərəfindən işğal edilmişdir

1813, 12 oktyabr

Gülüstan müqaviləsi imzalanmışdır

1813-1816

Kərim xan - Naxçıvan xanı

1816-1820

Kalbalı xan Kəngərli - Naxçıvan xanı

1820

Nəzərəli xan - Naxçıvan xanı

1820-1822

Kərim xan - Naxçıvan xanı

1822-1823

Hüseyn Mirzə - Naxçıvan hakimi

1823-1827

Kərim xan - Naxçıvan xanı

1827

Məhəmməd Bağır xan - Naxçıvan xanı

1827, 26 may

Naxçıvanın rus qoşunları tərəfindən işğalı

1827, 7 iyul

Abbasabad rus qoşunları tərəfindən işğal edilmişdir

1828, 10 fevral

Türkmənçay müqaviləsi imzalanmışdır

1828-1839

Ehsan xan Naxçıvanski – Naxçıvan hakimi

1829

Kəngərli süvari dəstəsi yaradılmışdır

1830

Naxçıvan Qəza Məktəbi açılmışdır

1837

Süst kəndi yaxınlığında ikinci düz mədəni açılmışdır

1840

Naxçıvan qəzası yaradılmışdır
Naxçıvan Gürcüstan-İmeretiya quberniyası tərkibinə daxil olmuşdur

1844

Qafqaz canişinliyi təsis edilmişdir

1846, 6 dekabr

Bəylərin torpaq hüququ haqqında reskript verilmişdir

1846, 14 dekabr

İnzibati-ərazi bölgü islahatı aparılmışdır

1846-1849

Naxçıvan Tiflis quberniyasının tərkibinə daxil olmuşdur

1848

Əylisdə kommersiya xarakterli məktəb açılmışdır

1848-1862

«Qanlı göl» (Şahbuz rayonunun Kükü kəndində) su dəryaçası tikilmişdir

1849, iyun

İrəvan quberniyası təşkil edilmişdir

1849-1917

Naxçıvan qəzası İrəvan quberniyasının tərkibində olmuşdur

1853, sonları

Naxçıvan bəy drujinası yaradılmışdır

1855

Ordubadda ibtidai məktəb açılmışdır

1859, 1 yanvar

«Baş idarə və Qafqaz canişini Şurası haqqında Əsasnamə» qüvvəyə minmişdir

XIX əsrin 60-cı illəri

Şan Girey su anbarı yaradılmışdır

1864, 24 yanvar

Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilmişdir

1865

İrəvan-Culfa şose yolunun («Çar yolu») inşasına başlanmışdır

1867

Güclü daşqın olmuşdur

1867, 9 dekabr

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verilmişdir

XIX əsrin 70-ci illəri

Əylisdə qız məktəbi açılmışdır
Azərbaycanda duz istehsalı və emalı sənaye əsasları üzərində qurulmuşdur

1870, 14 may

Kəndli islahatı aparılmışdır

1870

Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur

1872, 16 iyun

Şəhər Əsasnaməsi təsdiq olunmuşdur

1875

Ordubadda iki ipəksarıma fabriki işə salınmışdır

1882

Ordubad ipək məmulatı Moskva ticarət-sənaye sərgisinin qızıl medalına layiq görülmüşdür
Ordubadda «Əxtər» (Ulduzlar) məktəbi açılmışdır
Naxçıvanda ilk pambıqtəmizləmə zavodu tikilmişdir

1886

Naxçıvanda dram teatrı yaranmışdır

1887

Naxçıvanda ilk kitabxana - qiraətxana yaradılmışdır

XIX əsrin 90-cı illəri

M.T.Sidqinin təşəbbüsü ilə Naxçıvanda qız məktəbi açılmışdır

1894

Naxçıvanda «Tərbiyə» məktəbi açılmışdır

1895

N.Jozefides (Fransa) tərəfindən Ordubadda ipək qurdu yetişdirilməsi üçün sınaq mərkəzi təşkil edilmişdir

1896

Naxçıvanda ilk dünyəvi qız məktəbi təşkil edilmişdir

1899, 21 dekabr

Naxçıvanda ipəkçiliyə dair müşavirə keçirilmişdir

1900, 1 may

II Nikolay tərəfindən «Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlərinin torpaq təminatının mühüm əsasları təsdiq edilmişdir
Xəzinə torpaqlarında məskunlaşmış dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun verilmişdir

1905-1906

Ermənilər Naxçıvanda kütləvi qırğınlar törətmişlər

1905, 26 fevral

Qafqazda canişinlik üsul-idarəsi bərpa olunmuşdur

1905, mart

Qafqazda müvəqqəti hərbi məhkəmə yaradılmışdır

1906

Kəndli torpaq bankının Zaqafqaziya şöbəsi Azərbaycan ərazisində fəaliyyətə başlamışdır
Naxçıvanda Eynəli bəy Sultanovun kitabxanası açılmışdır

1908

Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmir yolu çəkilişi başa çatdırılmışdır

1911

Culfada İran hesab-borc bankının şöbəsi yaradılmışdır

1912

Culfada Tiflis kommersiya bankının şöbəsi açılmışdır

1912, 20 dekabr

Sahibkar torpaqlarında yaşayan kəndlilərin pay torpaqlarının xüsusi sahibkarları elan edilmişdir

1917

Naxçıvanda «El güzgüsü» teatr cəmiyyəti yaranmışdır

1918, 28 may

Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır və Naxçıvanı öz ərazisi elan etmişdir

1918, 3 noyabr

Araz Türk Cümhuriyyəti yaranmışdır

1919, 28 fevral

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Naxçıvan general-qubernatorluğu yaradılmışdır

1919, 8 mart

Araz Türk Cümhuriyyətinin nümayəndə heyəti Bakıya gəlmişdir

1919, mart

Araz Türk Cümhuriyyəti süqut etmişdir

1919, 24 oktyabr

Müttəfiqlər ordusu Ali Baş Komandanı Vilyam Qaskel “Naxçıvan general-qubernatorluğu yaradılması haqqında” əmr vermişdir

1920, 28 iyul

Naxçıvan Sovet Sosialist Respublikası yaradılmışdır

1920, 29 iyul

Naxçıvan İnqilab Komitəsi yaradılmışdır

1920, sentyabr

Naxçıvana daşnak-erməni hərbi hissələrin hücumu başlamışdır

1920, 18 sentyabr

Ordubad daşnak-erməni hərbi hissələrindən azad olunmuşdur

1921, yanvar

Naxçıvan əhalisinin 90 %-i muxtariyyət statusunda Azərbaycan SSR-ə birləşməyə səs vermişdir

1921, 16 mart

Moskva müqaviləsi imzalanmışdır

1921, 13 oktyabr

Qars müqaviləsi imzalanmışdır

1923, 27 fevral

III Ümumnaxçıvan Sovetlər qurultayında Naxçıvan SSR-in Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında Azərbaycan MİK-ə müraciət etmişdir
Naxçıvan SSR muxtar diyar kimi təşkil edilmişdir

1923, 16 iyun

Azərbaycan MİK-in üçüncü sessiyası Ümumnaxçıvan Sovetlər qurultayının qərarını təsdiq etmişdir

1923, 31 dekabr

Azərbaycan MİK-i Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqda qərar qəbul etmişdir

1924, 8 yanvar

Zaqafqaziya MİK-in birinci plenumunda Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqda qərar qəbul edilmişdir

1924, 18 yanvar

Naxçıvan MİK-in plenumunda Naxçıvan MSSR hakimiyyət orqanları təşkil edilmişdir

1924, 9 fevral

Azərbaycan MİK-i Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikaya çevrilməsi haqda qərar qəbul etmişdir

1925, 1 avqust

Naxçıvan MSSR Sovetlərinin I-ci qurultayı keçirilmişdir

1926, 18 aprel

Ümumnaxçıvan Sovetlər qurultayında Naxçıvan MSSR-in birinci Konstitusiyası qəbul olunmuşdur

1929, 18 fevral

Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Qərarı ilə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri və Ordubad rayonunun Qorçevan və Kilit kəndləri torpaqlarının bir hissəsi Ermənistana verilmişdir

1937, 17 sentyabr

Naxçıvan MSSR-in ikinci Konstitusiyası qəbul olunmuşdur

1938, 24-27 iyul

Naxçıvan MSSR Ali Sovetinin birinci çağırış I sessiyası keçirilmişdir

1967, 12 sentyabr

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı yaradılmışdır

1971

Araz Su Elektrik Stansiyası tikilmişdir

1972, 28 iyul

Naxçıvan Pedaqoji İnstitutu açılmışdır

1974, 21-22 fevral

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvan MSSR-ə “Xalqlar dostluğu” ordenini təqdim etmək üçün Naxçıvana gəlmişdir

1974, oktyabr

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi qeyd edilmişdir
Naxçıvanda hava limanı inşa edilmişdir

1974, 4-5 oktyabr

Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak və “Oktyabr inqilabı” ordenini Naxçıvan MSSR-ə təqdim etmək üçün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir

1974, oktyabr

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi qeyd edilmişdir
Naxçıvanda hava limanı inşa edilmişdir

1978, 30 may

Naxçıvan MSSR-in ikinci Konstitusiyası qəbul olunmuşdur

1978, oktyabr

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir

1978, 23 oktyabr

Babək rayonu yaradılmışdır

1979

Arpaçay dəryaçası tikilmişdir
Sirab su anbarı tikilmişdir

1980, 21-24 may

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir

1981, 21 iyul

Naxçıvanda Hüseyn Cavidin Ev-Muzeyi açılmışdir

1982, 1-2 oktyabr

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir

1982, noyabr

Hüseyn Cavidin nəşi Naxçıvana gətirilərək dəfn edilmişdir

1984, 9 iyun

Naxçıvanda Hüseyn Cavidin Ev-Muzeyi açılmışdir

1987

Bənəniyar su anbarı tikilmişdir

1989, 31 dekabr

Naxçıvan Muxtar Respublikasında on minlərlə adam Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədi boyunca dirəklərin tikanlı məftillərini sökmüşlər

1990, 18-19 yanvar

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur

1990, 19 yanvar

«Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında» Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə «Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan» Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdir

1990, 22 iyul

Heydər Əliyev təyyarə ilə Bakıdan Naxçıvana gəlmişdir

1990, 17 noyabr

Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin I sessiyası öz işinə başlamışdır
Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul etmişdir

1990, 21 noyabr

Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı «1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar qəbul etmişdir

1990, 14 dekabr

Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı «Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında» qərar qəbul etmişdir

1990, 29 dekabr

Naxçıvan Dövlət Universiteti yaradılmışdır

1991, 14 mart

Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etmişdir

1991, 16 aprel

Naxçıvan MR-in Nehrəm kəndində İranla sərhəddən sadələşmiş üsulla keçmək üçün körpünün açılışı olmuşdur

1991, 3 sentyabr

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilmişdir

1991, 7 sentyabr

Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdur

1991, 29 oktyabr

Naxçıvanla Türkiyə arasında müvəqqəti körpü açılmışdır

1991, 16 dekabr

Naxçıvan MR Ali Məclisi hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi bayram olunması barədə qərar qəbul etmişdir

1992, 10 mart

Sədərək yaxınlığındakı sərhəd zastavasında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə Ermənistan Ali Sovetinin Sədri B.Araksyan arasında görüş olmuşdur. Söhbət zamanı atəşin kəsilməsi, Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunmuşdur

1992, 6 aprel

Naxçıvan MR Ali Məclisi «Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında» qərar qəbul etmişdir

1992, 24 aprel

Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə dayandırılmışdır

1992, 18 may

Erməni qüvvələri güclü atəş hazırlığından sonra Sədərəyə hücuma keçmişlər

1992, 18-19 may

Milli Ordu qüvvələri Sədərək yaxınlığında əldən verdiyi mövqeləri geri qaytarmışdır

1992, 28 may

Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəlmişdir
Sədərəkdə Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsü açılmışdır

1992, 18 avqust

Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın axırıncı rus əsgəri yola salınmışdır. Hərbi əmlakın tamamilə Milli Ordunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimində Heydər Əliyev iştirak etmişdir

1992, 29 sentyabr

Sonuncu rus sərhədçiləri Naxçıvan MR ərazisini tərk etmişlər. Ruslara məxsus bütün hərbi və təsərrüfat əmlakının Azərbaycanın Naxçıvandakı sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalanmışdır

1992, 24 oktyabr

Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin silahlı dəstələri tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi göstərilmişdir

1992, 25 oktyabr

Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında 24 oktyabr dövlət çevrilişi cəhdi pislənilmiş, Azərbaycan Xalq Cəbhəsi silahlı dəstələrinin tərksilah edilməsi ilə əlaqədar deputat komissiyası yaradılmışdır

1992, 21 noyabr

Naxçıvanda “Yeni Azərbaycan Partiyası”nın təsis edilmişdir

1992, 3 dekabr

İrandan Naxçıvana 40 meqavat gücündə elektrik enerjisinin verilməsi münasibətilə Arazkənarı stansiyada təntənəli mitinq olmuşdur
İranla Naxçıvanı birləşdirən Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılışı olmuşdur

1993, 5 fevral

Naxçıvanda Türkiyə Respublikasının konsulluğu fəaliyyətə başlamışdır

1993, 8 mart

Naxçıvanda İran İslam Respublikasının Konsulluğu açılmışdır

1993, 14 may

Sədərəklə Ararat rayonu arasındakı sərhəd zastavasında Naxçıvanın və Ermənistanın nümayəndə heyətləri görüşmüşlər. Heydər Əliyev və Ermənistan Ali Soveti sədrinin müavini A.Saakyan sərhədboyu məntəqələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar bəyannamə imzalamışlar

1993, 9 iyun

Heydər Əliyev Gəncədə baş vermiş silahlı toqquşma nəticəsində yaranmış vəziyyəti nizamlamaq üçün Azərbaycan rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuşdur.

1995, 12 noyabr

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında mövcud siyasi-coğrafi mövqeyi beynəlxalq Moskva və Qars müqavilələri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasına Muxtar Dövlət statusu verilmişdir

1996

Naxçıvanda Cəlil Məmmədquluzadənin Ev-Muzeyi açılmışdır

1996, 29-31 oktyabr

Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvanda Hüseyn Cavidin məqbərəsi açılmışdır

1998, 13 mart

Cəmşid Naxçıvanski adına Respublika Orta Hərbi İnternat Məktəbinin Naxçıvan filialı təsis edilmişdir

1998, 28 aprel

Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir

1998, 29 dekabr

Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmişdir

1999, 10-15 oktyabr

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana səfər etmişdir

2000, 23 mart

Heydərabad qəsəbəsi yaradılmışdır

2002, iyun

Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin Ev-Muzeyi, Olimpiya İdman Kompleksi açılmışdır

2002, 15-18 iyun

Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir

2002, 7 avqust

Azərbaycan MEA Naxçıvan Bölməsi yaradılmışdır

2002, 10-15 avqust

Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir

2002, 14 avqust

Heydər Əliyev Sədərək rayonu ərazisində Ermənistan prezidenti Robert Köçəryanla təkbətək görüşmüşdür

2002, 19 mart

Kəngərli rayonu təşkil edilmişdir

2004, 12-14 may

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur
Naxçıvanda Beynəlxalq Hava Limanı açılmışdır
Naxçıvanda Əlillərin Bərpa Mərkəzi açılmışdır

2004, 2 sentyabr

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvanda Milli Müdafiə Mərkəzi açılmışdır

2005, 31 oktyabr

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsi yaradılmışdır

2005, 19-20 dekabr

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvan şəhərində Gənclik Mərkəzi açılmışdır
Naxçıvan şəhərində Kitab Evi açılmışdır
Naxçıvanda Su Anbarı istifadəyə verilmişdir

2006, 20-21 dekabr

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi və Heydər Əliyevin muzeyi açılmışdır

2007, 17 oktyabr

İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur
Azərbaycanla İran arasında Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi açılmışdır

2008, 3-4 iyun

İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərə gəlmişdir
Naxçıvan şəhərində Əyləncə-İdman mərkəzi açılmışdır
“Duzdağ” - fizioterapiya mərkəzi açılmışdır

2009,8 iyun

Yeni taxıl anbarı istismara verilmişdir

2009, 3-4 avqust

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodu açılmışdır
Naxçıvan-Sədərək avtomobil yolu açılmışdır

2009, 2 oktyabr

İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gəlmişdir
Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Türkdilli ölkələrin Dövlət başçılarının IX Zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gəlmişlər

2009, 3 oktyabr

Naxçıvan şəhərində Türkdilli ölkələrin Dövlət başçılarının IX Zirvə görüşü keçirilmişdir

2010, 5 oktyabr

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Gilançay üzərində gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyasının açılışı olmuşdur

2011, 17 fevral

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır

2011, 15 mart

İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Naxçıvana gəlmişdir

2011, 21-24 iyun

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium kecirilmişdir

2011, 29 dekabr

Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu və memarı Mustafa Kamal Atatürkün abidəsinin açılışı olmuşdur

2012, 7 mart

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda görüşü olmuşdur

2012, 30 may

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir
Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışı olmuşdur
Naxçıvanda sement zavodu istismara verilmişdir

2013, 28 fevral

Gürcüstan Respublikasının Prezidenti Mixael Saakaşvili Naxçıvana səfərə gəlmişdir

2013, 9 sentyabr

Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası yenidən qurulmuşdur

2014, 7-8 aprel

İlham Əliyev Naxçıvana səfərə gəlmişdir
Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim kecirilmişdir
20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları işə salınmışdır
Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir
Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu istifadəyə verilmişdir

2014, 5 iyul

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir

2014, 24 oktyabr

Naxçıvan şəhərində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu keçirilmişdir

2014, 1 noyabr

Muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi yaradılmışdır

2014, 2 dekabr

Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilmişdir

2015, 4 aprel

Naxçıvanda “Bakı-2015” İlk Avropa Oyunlarının Alov festivalı keçirilmişdir

2015, 5 may

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilmişdir

2015, 19 avqust

Naxçıvanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunmuşdur

2015, 16 sentyabr

“Naxçıvan” Universiteti üçün yeni universitet şəhərciyi istifadəyə verilmişdir

2015, 1 dekabr

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir
Yenidən qurulan Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu açılmışdır
Nehrəm kənd 2 saylı tam orta məktəb istifadəyə verilmişdir
Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışı olmuşdur
Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışı olmuşdur
Naxçıvan şəhərdaxili su şəbəkəsi istifadəyə verilmişdir
Naxçıvan Günəş Elektrik Stansiyasının açılışı olmuşdur