Naxçıvanın incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertindən sonra yaradıcı kollektivlə görüşdə çıxışı etmişdir.

NAXÇIVAN İNCƏSƏNƏT USTALARININ İŞTİRAKI İLƏ

BÖYÜK BAYRAM KONSERTİNDƏN SONRA YARADICI KOLLEKTİVLƏ

GÖRÜŞDƏ ÇIXIŞI

 

Naxçıvan

13 oktyabr 1999-cu il

Əziz dostlar!

Bugünkü təntənəli mərasimdə Naxçıvan Muxtar Res­pub­li­kasının 75 illik yubileyi haqqında xoş sözlər deyildi. Naxçı­van­da mədəniyyətin nə qədər zəngin olduğuna və onun bu gün Azərbaycan mədəniyyətini nə qədər gözəl inkişaf etdir­diyinə Naxçıvan incəsənət xadimlərinin bugünkü kon­serti əyani nümunədir. Mən buraya, səhnəyə xüsusi olaraq çıx­dım. Onların hamısına sağ ol deyirəm.

Naxçıvanda, bu qədim diyarda, Azərbaycandan ayrı düşmüş Azərbaycan torpağında belə gənc incəsənət ustaları yetişir. Musiqiçilər, müğənnilər, söz ustaları, həm milli musiqimiz, həm Avropa musiqisi, həm simfonik orkestr, həm xor kapellası və burada gördüklərimizin hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq demok­ratiya, dünyəvi dövlət quruculuğu, hüquq, haqq yolu ilə gedir.

Hamınız sağ olun!