İnzibati-ərazi vahidləri

Naxçıvan Muxtar Respublikasının rayon və şəhərləri

Ümumi məlumat

1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanan Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan bu qurum 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanmışdır.
Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan Respublikası (246 km), qərbdə və cənubda Türkiyə (11 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Muxtar Respublikanın Ermənistanla təbii sərhədini, əsasən Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir. Ərazisi şimal qərbdən cənub şərqə doğru 158 km məsafədə uzanır. Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmiryol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının 1920-ci ildə sovet rəhbərliyi tərəfindən qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır.1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad, Əbrəqunus rayonları yaradıldı. 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra Naxçıvan MSSR inzibati cəhətdən beş rayona - Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarına bölünmüşdür. 1990-cı il avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2004-cü il 19 mart tarixli qanuna əsasən Kəngərli rayonu yaradılmışdır.


Şəhər və rayonlar

İnzibati ərazi
( kv.km )

1.1.2023-cü il tarixə əhalinin sayı (min nəfərlə)

1.1.2023-cü il tarixə əhalinin sıxlığı (1 kv. km, nəfər)

Kənd inzibati ərazi dairələri

Kənd yaşayış məntəqələri

Naxçıvan şəhəri

191,57

96,4

507

3

5

Şərur rayonu

872,26

112,3

139

51

64

Babək rayonu

828,42

77,3

93

25

33

Ordubad rayonu

978,99

50,5

52

27

43

Culfa rayonu

926,30

47,7

51

18

22

Kəngərli rayonu

704,89

33,3

48

9

10

Şahbuz rayonu

836,58

25,3

30

20

22

Sədərək rayonu

163,74

22,9

104

4

4

Naxçıvan Muxtar Respublikası üzrə

5502,75

465,7

85

157

203


Hazırda 7 inzibati rayona - Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli rayonlarına bölünmüşdür. 6 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Babək, Şahbuz, Şərur), 8 qəsəbəsi, 157 kənd inzibati ərazi dairəsi, 203 kəndi vardır.

Rayonlar

1

Babək

Yaranma tarixi
08.08.1930

23.10.1978-ci ilədək Naxçıvan rayonu adlanmışdır.

2

Culfa

08.08.1930

-

3

Kəngərli

19.03.2004

-

4

Ordubad

08.08.1930

04.01.1963-cü ildə ləğv edilib Culfa rayonuna verilmiş, 06.01.1965-ci ildə yenidən təşkil olunmuşdur.

5

Sədərək

29.08.1990

-

6

Şahbuz

08.08.1930

04.01.1963-cü ildə ləğv edilib Babək rayonuna verilmiş, 06.01.1965-ci ildə yenidən təşkil olunmuşdur.

7

Şərur

08.08.1930

26.05.1964-cü ilədək Noraşen, 07.02.1991-ci ilədək
İliç rayonu adlanmışdır.