Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Mədəniyyət tariximizin һәг bir səhifəsi maraq doğurur. Bu səhifələri vərəqlədikcə ulu babalarımızın keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlanır. Tariximizi, mədəniyyətimizi öyrəndikdə yaddaşlarımız möhkəmlənir, Vətənin hər qarış torpağına məhəbbətimiz daha da artır.
Unutmamalıyıq ki, Vətən torpağının һәг qarışında baba və nənələrimizin söhbətləri, el sözləri, geyim-keçimləri, yeyib-içdikləri, yaraq-yasaqları, bayram, qonaqlıq, yas, matəm mərasimləri əbədiləşərək əmanət kimi bizə çatdırılıb. Bu əmanətlərdə bizə bəlli olmayan hələ çox səhifələrin vərəqlənməsinə, öyrənilməsinə ehtiyac var. Bütün bunları düşündükcə nurani-pirani babalarımızın dilimizin əzbərinə çevrilən “Ocağının tüstüsü əskik olmasın!”, “Çırağın sönməsin!”, “Ocağının oduna qurban olum!” ifadələri yada düşür. Bir daha ata sözümüz qulağımızda səslənir: “Əmanətə xəyanət olmaz”. Minilliklərin dərinliyindən gələn, cilalandıqca qiyməti artan bu əmanətləri qorumaq үә yaşatmaq һәг birimizin borcudur.
Xalqımızın tarix səhifələrində mətbəx mədəniyyəti, qidalanmaq fəlsəfəsi və psixologiyası zaman keçdikcə təkmilləşib, dəyişikliklərə uğrayaraq bu günümüzə qədər gəlib çatmış mədəniyyətin formalarından biri kimi bu gün də maraq doğurmaqdadır. Qədim diyarımız, ata mülkümüz Naxçıvanda da ulu babalarımız bu sahədə özünəməxsus cəhətləri ilə seçilən bir əmanəti bizə miras qoyub getmişlər. Mətbəx, yemək mədəniyyətimiz bölgənin etnoqrafık xüsusiyyətlərini araşdırmaq baxımından tarixçilərimizdə, etnoqraf və arxeoloqlarımızda həmişə maraq doğurmalıdır.
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış materiallara əsa- sən demək mümkündür ki, Eneolit və ondan sonrakı dövrlərdə də diyarımızda xörək, yemək məhsulları hazırlamaq üçün ayrıca yerlər olmuşdur. Bunu ərazimizdə xörək hazırlamaq, çörək bişirmək üçün xüsusi yerlərin olması, müxtəlif məişət əşyalarının, qabların tapılması da sübut edir. Arxeoloji tədqiqatlar göstərir ki, daşdan keramikaya, saxsı çanağa, ondan sonra metala keçilməsi məişətdə böyük dəyişiklərə gətirib çıxarmışdır. Mətbəx mədəniyyətimizin tarixini öyrənmək, məişətimizi araşdırmaq baxımından bütün bunlar dəyərli etnoqrafik mənbələrdir.
Qab-qacaq, məişət əşyaları da zaman keçdikcə dəyişikliyə uğramışdır. Bununla belə qab-qacaqların, məişət alətlərinin bir çoxu bu gün də həyatımızda yerini qorumaqdadır. Son zamanlar arxeoloji qazıntılar nəticəsində meydana çıxan ocaqlar, təndirlər, un hazırlamaq üçün alətlər, qab-qacaq, qazan və s. nəzər saldıqda bu tarix göz önündə canlanır. Bu qab-qacaqların və məişət əşyalarının adlarında da tarix öz izini saxlayır. Dilimizdə işlənən ata sözlərində də qab-qacaq, ocaqla bağlı kifayət qədər sərrast ifadələr vardır.
Azərbaycanın әn qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində bu sahədə xeyli materiallar toplanmışdır.
Naxçıvan ərazisində tapılmış dairəvi gil ocaq qurğusu, yaxud, qədim diyarımızın ərazisində tapılmış kələ-kötür divarlı qazan уә çölmək tipli qab qırıntıları bu torpağın yemək-içmək, məişət mədəniyyətinin minilliklərə söykəndiyindən xəbər verir. Arxeoloji tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, ərazimizdə Eneolit dövründə keramika məmulatından istifadə edilmişdir. Orta Tunc dövründə Naxçıvan ərazisində dulusçuluq sənətində bir sıra mühüm dəyişikliklər olmuşdur. Bəşəriyyət tarixində әn böyük ixtiralardan olan dulus çarxının hazırlanmasından xəbərdar olan ulu babalarımız yüksək keyfıyyətli şirli məişət qabları hazırlamışlar.
Naxçıvan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş tapılmış quyulardan ağ rəngli bitki çürüntülərinin tapılması və onlarda taxıl saxlanılması fikrinin irəli sürülməsi, eyni zamanda ərazimizdən yaşı 5 min ildən artıq olan ibtidai aşsüzənin-çətənin aşkarlanması burada əkinçiliyin çox qədim dövrlərdə inkişaf etdiyini göstərir. Naxçıvan ərazisində tapılan müxtəlif ocaq qurğuları və s. qədim əcdadlarımızın bişirmə işinə xüsusi diqqət və əhəmiyyət yetirdiklərini göstərir.
Zaman keçdikcə qədim Naxçıvan sakinlərinin həyat və məişətində - maldarlıqda, əkinçilikdə və ayrı-ayrı sənətkarlıq növlərində güclü yüksəliş, milli mətbəx mədəniyyətimizin inkişafına aparan yollar aydın görünür. Qədim çölmək, qazan, kasa, kuzə, küp, müxtəlif tipli qab-qacağın formalarındakı rəngarənglik diyarımızda bu sahənin yüksək inkişaf etdiyini göstərir. Qeyd etmək lazımdır ki, Naxçıvan ərazisində tapılmış gil nehrələr e.ə. IV -III minilliklərə aid edilir.
Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər arxeoloji tədqiqatlar aparan və bu sahədə dəyərli tədqiqatların müəllifı olan AMEA-nın müxbir üzvü Vəli Əliyev yazır: “Naxçıvanın qədim mədəniyyəti üçün səciyyəvi sayılan boyalı qabları şəhər mədəniyyətinin mühüm xüsusiyyətlərindən biri hesab etmək olar. Naxçıvan Qafqazın qədim mədəniyyət ocaqlarından fərqlənir və təsadüfi deyildir ki, Naxçıvanın boyalı qabları Yaxın Şərqin əsas qədim şəhər mədəniyyəti mərkəzlərinin (Mesopotamiya, Urmiya, Elam və s.) boyalı qabları ilə müqayisə edilə biləcək səviyyədədir”.
Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən müxtəlif dövrlərə aid məişət əşyaları mətbəx mədəniyyətimizin çox qədim dövrlərdən mövcudluğunu göstərir.
Naxçıvan Muxtar Respublikası ərazisində toplanmış etnoqrafik materiallara əsasən demək mümkündür ki, diyarımızda mətbəxin digər adları da mövcud olmuşdur: təndirbaşı (və ya təndirəsər), qəfəxana, biş-düş damı, əl damı və i. a.
Naxçıvan ərazisində istifadə olunan yeraltı və yerüstü təndirlərdə xalqımız zaman-zaman lavaş, təndir çörəyi, müxtəlif xörəklər, bayram yeməkləri bişirmişdir.
Milli mətbəximizdə dəridən (motal, tuluq və s.), ağacdan hazırlanmış qablardan (nehrə, toxmaq, oxlov, irəfətə, çəpərə, taxta qaşıq və s.) Naxçıvan ərazisində tarix boyu istifadə edilmişdir.
Diyarımızda bişirilən dolma, tas-kabab, təndirkabab, yarma aşı, əriştə aşı, daş küftəsi, bozbaş, lüləkabab və s. bölgənin xüsusiyyətlərini özündə göstərməkdədir.
Azərbaycan, о cümlədən Naxçıvan mətbəxində plovun yeri həmişə görünür. (Azərbaycanın bəzi bölgələrində bu xörək növünə “aş” deyilsə də, Naxçıvanda “plov” sözü işlənir).
Naxçıvan mətbəxində çörəyə ehtiram göstərilmiş, atalarımız “çörək süfrəmin başıdır” ifadəsini həmişə işlətmişlər. Naxçıvan ərazisində əsrlərdən bəri qurudulmuş lavaşları bir neçə ay saxlayaraq istifadə etmişlər. Etnoqrafık mənbələrdə Naxçıvan torpağında arpa unundan hazırlanmış somun çörəyinin hazırlanması da göstərilir.
Nənə və babalarımızın əsrlər boyu böyük zövqlə yedikləri umac, xəşil, quymaq, əriştə, yarma aşı Naxçıvanın bölgələrində həvəslə bişirilməkdədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan mətbəxindəki xəmir xörəkləri bölgəmizdə də öz yerini qoruyub saxlamışdır.
Naxçıvan mətbəxinə xas olan ət yeməkləri (əsasən qoyun, eyni zamanda cavan mal əti, müxtəlif ev quşlarının əti) - qovurma, bozbaş, qovurma şorbası, bozpört, kəllə-paça, kabab, arzuman küftəsi, cəviz küftəsi, daş küftəsi, yarpaq, kələm, badımcan, pomidor, soğan dolmaları və s. bu kimi xörəklərimiz yüksək zövqlə və ləziz hazırlanır, dadı və tamı ilə seçilməkdədir.
Bölgələrimizə xas olan quş ətindən hazırlanmış xörəklər Naxçıvan mətbəxində həmişə özünəməxsus yer tutmuşdur. Xüsusilə, toyuq yumurtasından hazırlanmış kükü, şamı qayğanaq vә s. xörəklər bu gün bölgəmizdə çox dadlı hazırlanır. Balla hazırlanan Ordubad qayğanağı da belə xörəklər sırasındadır. Naxçıvan Muxtar Respublikası ərazisində yüksək inkişaf etmiş heyvandarlıq bölgənin süd və süd məhsulları ilə bağlı yeməklərində də özünü göstərmişdir. Tarix boyu bölgənin əhalisi qatıq, pendir, qaymaq, ayran, şor, dovğa, süd aşı, qatıq aşı və s. ilə də qidalanmışdır. Bu gün də bölgəmizdə qatıq çalmaq üçün işlədilən mayaya “çalası” deyilməkdədir.
Naxçıvan mətbəxi qənnadı məmulatı, şirniyyatlarla, müxtəlif şərbət və içkilərlə də zəngindir. Bu gün bölgəmizdə qədim əsrlərin dərinliyindən gələn tut, üzüm doşabını hazırlayanlar az deyildir. Mətbəximizdə hazırlanan zoğal, gilas, gilənar, heyva, ərik, əncir, cəviz, almaxara, üzüm, qarpız, böyürtkən, qızılgül mürəbbələri çay süfrələrimizin bəzəyidir.
Bütün bu zəngin və ləziz mətbəx nümunələrimizlə bərabər diyarımızın mətbəx mədəniyyətinin, fəlsəfəsinin, psixologiyasının kökündə duran ən mühüm xüsusiyyəti də qeyd etmək vacibdır - qonaqpərvərlik, qonağa hörmət hissi. Naxçıvanda bütün evlərdə “qonaq otağı” ifadəsi hələ də işlənir.
Naxçıvan mətbəxi təkcə ləziz yeməkləri, şirniyyatları, mürəbbələri ilə deyil, dadlı, tamlı duzu ilə də tanınır. Naxçıvan duzu dünyada istehsal olunan duzlar içərisində әn keyfıyyətlisi və faydalısıdır.
Naxçıvan Muxtar Respublikasi ərazisində, Naxçıvan şəhərinin yaxınlığında duz mədəni vardir. Arxeoloqların gəldikləri nəticəyə görə, bu mədəndən Һә1ә çox qədim zamanlardan istifadə edilmişdir. Duz şaxtasında ibtidai insanların işlətdikləri alətlər aşkara çıxarılmışdır. Vaxtilə, dəvə karvanları Naxçıvandan bir çox ölkələrə duz aparmışdır. Naxçıvan mətbəxində işlədilən duz xüsusi toxunmuş duz kisələrində saxlanırdı.
Duz mühüm ərzaq növüdür və qidanın tərkib hissəsidir. İnsan orqanizmində 230 qr. duz olur. Duzun çatışmaması qanın qatılaşmasına, saya əzələlərin qıc olmasına, sinir sistemi və qan dövranı funksiyalarının pozulmasına səbəb ola bilər. Duzun artıq işlədilməsi də orqanizmdə müəyyən xəstəliklərə gətirib çıxara bilər. Mətbəxdə daş duz, iri döyülmüş mətbəx duzu və narınlanmış ağ süfrə duzu istifadə edilir. Xalq təcrübəsi iri əzilmiş mətbəx duzuna daha üstünlük verir. Naxçıvanda belə duza “xır duz“ deyilir. Azərbaycanda iqlim şəraiti isti olduğundan orqanizmdə su-duz mübadiləsi qərb xalqlarından fərqli olaraq daha intensiv getdiyi üçün orqanizmin duza tələbatı daha çoxdur. Ona görə də qərb xalqları bir pay xörəyə iki qr. duz, azərbaycanlılar isə bir paya 5 qrama qədər duz işlədirlər. Duzun tamı onun tərkibində olan mikroelementlərin nisbətindən və miqdarından asılıdır. Bu baxımdan Naxçıvan duzu yumşaq hesab edilir. Mətbəximizdə duzun çox işlədilməsinin bir səbəbi də budur. Naxçıvan duzu başqa duzlardan fərqli olaraq hipertoniya xəstəliyi əmələ gətirmir və bu baxımdan keyfıyyətli duz hesab edilir. Duz təkcə xörəklərin hazırlanmasında deyil, һәm də turşuların, şorabaların hazırlanmasında, ətin qaxac edilməsində, balıq məhsullarının, qurut, pendir və s. ərzaq məhsullarının hazırlanmasında və saxlanmasında istifadə edilir.