Ordubad rayonu

Ümumi məlumat

Ümumi ərazi, [kv. km]

978,99

Əhalinin ümumi sayı [min nəfər]

50,5

Şəhər

1

Kəndlərin sayı

43

Qəsəbələrin sayı

2

Kənd inzibati ərazi dairələri

27

 

İnzibati ərazi dairələri və ərazi vahidləri

 

  1. Ordubad şəhər iəd

Ordubad ş.

  1. Aşağı Əndəmic kənd iəd

Aşağı Əndəmic k.

  1. Aşağı Əylis kənd iəd

Aşağı Əylis k.

  1. Aza kənd iəd

Azа к.

Darkənd к.

  1. Azadkənd kənd iəd

Azadkənd k.

  1. Biləv kənd iəd

Biləv k.

Behrud k.

  1. Bist kənd iəd

Bist k.

Ələhi k.

  1. Çənnəb kənd iəd

Çənnəb k.

  1. Dəstə kənd iəd

Dəstə k.

  1. Dırnıs kənd iəd

Dırnıs k.

Anaqut k.

  1. Düylün kənd iəd

Düylün k.

  1. Gənzə kənd iəd

Gənzə k.

Anabad k.

  1. Gilançay kənd iəd

Gilançay к.

  1. Xanağa kənd iəd

Xanağa к.

Ağrı к.

Dizə к.

  1. Xurs kənd iəd

Xurs k.

Nürgüt k.

  1. Kələki kənd iəd

Kələki к.

  1. Qoşadizə kənd iəd

Qoşadizə k.

Kələntər Dizə k.

  1. Nəsirvaz kənd iəd

Nəsirvaz k.

  1. Nüsnüs kənd iəd

Nüsnüs k.

  1. Parağa kənd iəd

Parağa к.

  1. Parağaçay qəsəbə iəd

Parağaçay q.

Ağdərə q.

  1. Sabirkənd kənd iəd

Sabirkənd k.

Baş Dizə k.

  1. Şəhriyar qəsəbə iəd

Şəhriyar q.

Kilit k.

Kotam k.

  1. Tivi kənd iəd

Tivi k.

  1. Unus kənd iəd

Unus k.

Pəzməri k.

  1. Üstüpü kənd iəd

Üstüpü k.

Məzrə k.

  1. Vələver kənd iəd

Vələver k.

Başkənd k.

Qoruqlar k.

  1. Vənənd kənd iəd

Vənənd k.

  1. Yuxarı Əndəmic kənd iəd

Yuxarı Əndəmic k.

  1. Yuxarı Əylis kənd iəd

Yuxarı Əylis k.


Ordubad çox qədim tarixə malik, özünün milli-mənəvi dəyərləri ilə seçilən rayondur. Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Relyefi əsasən dağlıq, az bir hissəsi dağətəyi, 5-6 faizi isə aran ərazidən ibarətdir. Son dərəcə zəngin bitki florası və faunası vardır. Yaşayış məntəqəsi əsasən dağətəyi ərazidə yerləşir. Əkinçilik üçün su ehtiyatına və içməli su mənbələrinə malikdir.
Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilmişdir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşudur. Mərkəzi Ordubad şəhəridir.
Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e. ə VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur. Bu da Ordubadın 7 min il yaşı olduğunu sübut edir.
XVIII əsrin əvvəllərində Ordubad Səfəvilər imperiyasının tərkibinə daxil idi. 1724-cü ildən Ordubad Osmanlıların, daha sonradan işə Nadir şahın hakimiyyəti altına keçmişdir. XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinləri çoxlu işgəncələrə məruz qalmışlar.
Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX « XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahların marağına səbəb olmuşdur. Rus alimi İ. Şopen, polyak tədqiqatçı A. Petzold, fransız yazıçısı A. Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər.
Ordubad torpağı təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri ilə də seçilib fərqlənmişdir. Məşhur astronom alim, riyaziyyatçı, şair, dövlət xadimi, Nəsrəddin Tusi Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində Ayətullah Məhəmməd Əli Gələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı kitablar bütün şərq aləmində məşhurdur.
Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və. s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.
Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.
Memarlıq quruluşu və tarixi abidələrinə görə Ordubad 1977-ci ildə qoruq-şəhər elan olunmuşdur.
Tariximizin müxtəlif məqamlarında Ordubad rayonu da başqa ərazilər kimi yadellilərin hücumuna məruz qalmış, ayrı-ayrı dövlətlərin işğalı altında olmuş, lakin bu torpağa məxsus mənəvi dəyərlər itirilməmişdir. Tabeçilik cəhətdən müxtəlif vaxtlarda ayrı-ayrı ərazi bölgüsünə daxil olmasına baxmayaraq rayonun adı dəyişilməmiş, toponiminə xələl gəlməmişdir. Sovetlər birliyinin 30-cu illərində inzibati bölgüdə rayon statusu almış və bu günə qədər öz adını saxlayır. Bu torpağın başqa bir xüsusiyyəti vardır. Adamları emosionaldır. Yeniliyə can atır, dini dəyərləri də möhkəm müdafiə edib nəsildən-nəslə çatdırırlar.
Rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ekspedisiyalar bu yaşayış məskəninin tarixini, etnoqrafik xüsusiyyətlərini öyrənmək üçün Ordubad şəhərində, Əylis, Unus, Pəzməri, Aza kəndlərində, Xarabagilan ərazisində, Gəmiqaya qədim yaşayış məskənində və digər yerlərdə tədqiqat işləri aparmışlar. Bu tədqiqatlar, arxeoloji axtarışlar bu gün də davam edir. Tədqiqatlar sübut edir ki, Ordubad rayonu zəngin milli dəyərlərə malik olan bir ərazidir. Bu gün də bu rayon özünün yüksək intellektli ziyalıları, zəhmətsevər insanları, dövlətçiliyə sədaqətli əhalisi ilə tanınır. Bu səbəbdəndir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Ordubadı Azərbaycanın incisi adlandırmışdır.
Rayona Ordubad şəhəri, Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələri və Nüsnüs, Yuxarı Əndəmic, Aza, Aşağı Əndəmic, Yuxarı Əylis, Aşağı Əylis, Vənənd, Xanağa, Ağrı, Dizə, Vələver, Qoruqlar, Dəstə, Dırnıs, Çənənəb, Üstüpü, Məzrə, Biləv, Behrud, Qoşadizə, Baş Dizə, Parağa, Gilançay, Tivi, Bist, Nəsirvaz, Ələhi, Xurs, Nürgüt, Düylün, Unus, Kələki, Pəzməri, Gənzə, Kotam, Başkənd, Darkənd, Kələntər Dizə, Kilit, Anaqut, Azadkənd, Sabirkənd, Anabad kəndləri daxildir.
Ərazisinin çox hissəsini Zəngəzur silsiləsinin cənub-qərb yamacı tutur. Cənubda Arazboyu düzənliklər (Ordubad düzü və s.) uzanır. Naxçıvan MR-in ən yüksək nöqtəsi olan Qapıcıq dağı (3904 m) buradadır. Rayonda Tabaşir-Antropogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: polimetallar, molibden, mis, tikinti materialları və s. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 10-25°C-dir. İllik yağıntı 300-800 mm-dir. Ən böyük çayları: Vənənd, Ordubad və s. İranla sərhəd boyu Araz çayı axır. Boz, çəmən-boz, allüvial-çəmən, dağ-şabalıdı, qəhvəyi dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr dağ-kserofit bitkiləri, yüksək dağlıq sahələr subalp və Alp çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz muflonu, qayakeçisi, daşlıq dələsi, boz kəklik, ular və s. var. Ordubad yasaqlığı əsasında akademik Həsən Əliyev adına Milli Park yaradılmışdır (2003).
Ordubad, əsasən, kənd təsərrüfatı rayonudur. Meyvəçilik və maldarlıq mühüm yer tutur.
Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur «Gəmiqaya» tarixi abidələr kompleksi,  Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, «Araz» kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, 14 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. 
Rayon İcra Hakimiyyətinin orqanı olan «El həyatı» qəzeti 1932-ci ildən nəşr olunur. 1932-ci ildən «Ordubad fəhləsi», 1941-ci ildən «Ordubad işçisi» adı ilə çıxmağa başlamışdır. 1959-cu ildən 1965-ci ilin sonuna kimi fəaliyyət göstərməmişdir. 1966-cı ildən «Yeni Ordubad», 1990-cı ildən isə «El həyatı» adı ilə nəşr olunur.
Rayon ərazisindən keçən dəmir yolunun uzunluğu: I kateqoriya « 45 km, II kateqoriya « 10 km, III kateqoriya « 12 km.
Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa rayonundan Ordubad şəhərinədək 25 km-dir.
Rayon ərazisindən kəndlərə gedən avtomobil yolları I kateqoriya üzrə: Ordubad - Nüsnüs-5 km, Ordubad - Gənzə-6 km, Ordubad - Əylis-9 km, Ordubad - Kotam-5 km, Ordubad - Dəstə-11 km, Ordubad - Pəzməri-37 km, Ordubad - Məzrə-33 km, Ordubad - Azadkənd -19 km, Ordubad - Nürgüt-62 km, Ordubad-Parağaçay-54 km, Ordubad - Tivi-50 km.
Kəndarası magistral yollar da tərkibə daxildir. Bundan başqa bir çox kəndlərdə, eləcə də Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələrində II kateqoriyalı keçid yolları vardır ki, bunların uzunluğu birlikdə 240-km-dir. Son illərdə rayon ərazisində avtomobil yollarının abadlığına, yenidən qurulmasına diqqət artırılıb. Biləv, Tivi, Nürgüt, Göy-göl strateji əhəmiyyətə malik avtomobil yolunun istifadəyə verilməsi dağ kəndlərində yaşayan insanlara ən yaxşı hədiyyədir.

Tarixi və memarlıq abidələri haqqında məlumat

Rayonun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur.
Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid «Sərşəhər məscidi», «Anbars məscidi», «Qeysəriyyə», «Cümə məscidi», «Mingis məscidi», «Təkeşiyi məscidi», 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, «Nüsnüs piri», «Vənənd məscidi», XVIII əsrin yadigarı, qədim «İpək yolu»nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan «Xarabagilan» qoruğu, akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin ev muzeyləri, Ordubad rayon Tarix Diyarşünaslıq muzey və s. mövcuddur.
Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir. Gəmiqaya qayaüstü təsvirləri dəniz səviyyəsində 3907 m yüksəklikdə yerləşən Qapıçıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Dünya mədəniyyətinin nadir incisi Gəmiqaya ən qədim yaşayış məskənlərindədir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və ilk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Elə həmin dövrlərdə burada iri qaya parçaları üzərində heyvan rəsmləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunmuşdur. Gəmiqayada aşkar edilmiş (1968) qədim təsviri sənət nümunələri e. ə. VI-I minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar və ibadətgahlar vardır.
Tədqiqatlar nəticəsində e. ə. II minillikdə Gilançay vadisinin Arazboyu düzənliklərlə qovuşduğu ərazidə əhalinin daha sıx məskunlaşdığı müəyyənləşdirilmişdir. Burada e. ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xarabagilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadisində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi mədəniyyət qalıqları mövcuddur. Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəklilərin qəbirləri kimi tanınır.
Hazırda Tarix-Diyarşünaslıq muzeyi yerləşən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən Qeysəriyyə həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb.
Şəhərdəki XVI əsrin yadigarı abidə-hamam da qiymətli memarlıq incəsənət abidələrindəndir. Şəhərdəki Əfqan qalası görüşünə, tikinti üslubuna görə diqqəti cəlb edir.
Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XVI əsrin yadigarı olan Qırxkimsənə piri son illərdə xeyli abadlaşdırılmışdır. Pirə gedən yollar tam qaydaya salınıb. Respublikamızın bir çox rayonlarından, hətta bəzi xarici dövlətlərdən bu ziyarətgaha gələnlər xoş təəssürat almışlar.
Dəstə, Vənəd, Əylis, Nüsnüs və başqa kəndlərdə olan abidə məscidlər də təkcə dini ziyarətgah baxımından deyil, tikinti arxitektura xüsusiyyətlərinə görə də seçilir. Ordubad şəhərində və Əylis kəndində bir sıra bulaq abidələr vardır ki, onlar da dövlət tərəfindən mühafizə olunan obyektlərdəndir. Şəhərdəki «Qırxayaq», «Nəhər», Əylis kəndindəki «Xan çeşməsi», «Meydan çeşməsi» və «Bazar çeşməsi» bu abidələr sırasına daxildir. Şəhərdəki «Mingis» qarşısında aşkar edilmiş 50 metr dərinliyi olan çeşmə də abidələr sırasına daxil edilmişdir. Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat

1990-1992-ci illərdə Ermənistanın işğalçılığı nəticəsində Ordubad rayonunun Kilit kəndi Ermənistanın Mehri rayonu ərazisindən top atəşinə tutularkən 35 yaşayış evi və çoxlu yardımçı binalar, məktəb, mağaza, məscid və bir neçə tarixi abidə dağılmışdır.