Naxçıvan bölgəsinin tarixinin əsas hadisələri
e.ə. IV-III minilliklər |
Naxçıvanda Eneolit dövrü |
e.ə. IV-III minilliyin sonu |
İlkin Tunc dövrü. Kür-Araz mədəniyyəti |
e.ə. II minillik |
Naxçıvan mədəniyyəti |
e.ə. IX - e.ə.VII yüzilliyin sonları |
Manna dövlətinin tərkibində olmuşdur |
e.ə. VII - e.ə.550-ci il |
Midiya dövlətinin tərkibində olmuşdur |
e.ə. 550-ci il - e.ə.330-cu il |
Əhəməni imperiyasının tərkibində olmuşdur |
e.ə. IV əsrin sonlarından |
Atropatena dövlətinin tərkibində olmuşdur |
III əsrin 2-ci yarısından |
Sasanilər dövlətinin tərkibində olmuşdur |
VII əsrin 2-ci yarısından |
Ərəb xilafətinin tərkibində olmuşdur |
IX əsrin sonu - X əsrin 40-cı illərinədək |
Sacilər dövlətinin tərkibində olmuşdur |
942-981 |
Salarilər dövlətinin tərkibində olmuşdur |
X yüzilin 80-ci illərindən XI yüzilin ortalarınadək |
Naxcıvan şahlığı yaranmışdır |
1064 |
Səlcuq imperiyasının tərkibində olmuşdur |
1136-1225 |
Naxçıvan Atabəylər-Eldənizlər dövlətinin paytaxtı olmuşdur |
XII əsrin 20-ci illəri – |
Əcəmi Əbubəkr oğlu Naxçıvani |
1175-1186 |
Qızıl Arslanın hakimiyyət dövrü |
1186 |
Möminə Xatun türbəsinin tikilməsi |
1221 |
Monqolların yürüşü |
1225 |
Atabəylər dövlətinin süqutu |
XIII əsrin 30-cu illərində |
Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edilmişdir |
1257 |
Hülakülər dövlətinin tərkibinə daxil olmuşdur |
1387-ci il |
Əmir Teymur Naxçıvana yürüş etmişdir |
1387-1401 |
Əlincə qalasının Əmir Teymurun qoşunları tərəfindən mühasirəsi |
1394 |
Hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin edamı |
1412-1468 |
Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur |
1468-1501 |
Ağqoyunlu dövlətinin tərkibində olmuşdur |
1501 |
Səfəvi dövlətinin tərkibində Naxçıvan bəylərbəyliyi |
1605 |
Osmanlı qoşunları Naxçıvanı tutmuşdur |
1724 |
Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur |
1735 |
Əfşar imperiyasının tərkibində olmuşdur |
1747-ci il |
Naxçıvan xanlığı yaranmışdır |
1747-1764 |
Heydərqulu xan Kəngərli - Naxçıvan xanı |
1764-1765 |
Hacı xan Kəngərli - Naxçıvan xanı |
1765-1770 |
Rəhim xan Kəngərli - Naxçıvan xanı |
1770-1773 |
Əliqulu xan Kəngərli - Naxçıvan xanı |
1773-1781 |
Vəliqulu xan Kəngərli - Naxçıvan xanı |
1781-1783 |
Abbasqulu xan Kəngərli - Naxçıvan xanı |
1783-1785 |
Cəfərqulu xan Kəngərli- Naxçıvan xanı |
1787-1796 |
Kalbalı xan Kəngərli - Naxçıvan xanı |
1797-1801 |
Abbasqulu xan Kəngərli - Naxçıvan xanı |
1801, 12 sentyabr |
Şərqi Gürcüstanla birlikdə Şimali Azərbaycan torpaqlarının Rusiyaya ilhaq edilməsi dövrü başlamışdır |
1801-1804 |
Kalbalı xan Kəngərli - Naxçıvan xanı |
1804 |
Abbasqulu xan Kəngərli - Naxçıvan xanı |
1804-1807 |
Kalbalı xan Kəngərli - Naxçıvan xanı |
1808 |
Abbasqulu xan Kəngərli - Naxçıvan xanı |
1809-1812 |
Kalbalı xan Kəngərli - Naxçıvan xanı |
1804-1813 |
I Rus-İran müharibəsi |
1810, 15 iyun |
Mehri ruslar tərəfindən işğal edilmişdir |
1813, 12 oktyabr |
Gülüstan müqaviləsi imzalanmışdır |
1813-1816 |
Kərim xan - Naxçıvan xanı |
1816-1820 |
Kalbalı xan Kəngərli - Naxçıvan xanı |
1820 |
Nəzərəli xan - Naxçıvan xanı |
1820-1822 |
Kərim xan - Naxçıvan xanı |
1822-1823 |
Hüseyn Mirzə - Naxçıvan hakimi |
1823-1827 |
Kərim xan - Naxçıvan xanı |
1827 |
Məhəmməd Bağır xan - Naxçıvan xanı |
1827, 26 may |
Naxçıvanın rus qoşunları tərəfindən işğalı |
1827, 7 iyul |
Abbasabad rus qoşunları tərəfindən işğal edilmişdir |
1828, 10 fevral |
Türkmənçay müqaviləsi imzalanmışdır |
1828-1839 |
Ehsan xan Naxçıvanski – Naxçıvan hakimi |
1829 |
Kəngərli süvari dəstəsi yaradılmışdır |
1830 |
Naxçıvan Qəza Məktəbi açılmışdır |
1837 |
Süst kəndi yaxınlığında ikinci düz mədəni açılmışdır |
1840 |
Naxçıvan qəzası yaradılmışdır |
1844 |
Qafqaz canişinliyi təsis edilmişdir |
1846, 6 dekabr |
Bəylərin torpaq hüququ haqqında reskript verilmişdir |
1846, 14 dekabr |
İnzibati-ərazi bölgü islahatı aparılmışdır |
1846-1849 |
Naxçıvan Tiflis quberniyasının tərkibinə daxil olmuşdur |
1848 |
Əylisdə kommersiya xarakterli məktəb açılmışdır |
1848-1862 |
«Qanlı göl» (Şahbuz rayonunun Kükü kəndində) su dəryaçası tikilmişdir |
1849, iyun |
İrəvan quberniyası təşkil edilmişdir |
1849-1917 |
Naxçıvan qəzası İrəvan quberniyasının tərkibində olmuşdur |
1853, sonları |
Naxçıvan bəy drujinası yaradılmışdır |
1855 |
Ordubadda ibtidai məktəb açılmışdır |
1859, 1 yanvar |
«Baş idarə və Qafqaz canişini Şurası haqqında Əsasnamə» qüvvəyə minmişdir |
XIX əsrin 60-cı illəri |
Şan Girey su anbarı yaradılmışdır |
1864, 24 yanvar |
Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilmişdir |
1865 |
İrəvan-Culfa şose yolunun («Çar yolu») inşasına başlanmışdır |
1867 |
Güclü daşqın olmuşdur |
1867, 9 dekabr |
Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verilmişdir |
XIX əsrin 70-ci illəri |
Əylisdə qız məktəbi açılmışdır |
1870, 14 may |
Kəndli islahatı aparılmışdır |
1870 |
Şərur-Dərələyəz qəzası təşkil olunmuşdur |
1872, 16 iyun |
Şəhər Əsasnaməsi təsdiq olunmuşdur |
1875 |
Ordubadda iki ipəksarıma fabriki işə salınmışdır |
1882 |
Ordubad ipək məmulatı Moskva ticarət-sənaye sərgisinin qızıl medalına layiq görülmüşdür |
1886 |
Naxçıvanda dram teatrı yaranmışdır |
1887 |
Naxçıvanda ilk kitabxana - qiraətxana yaradılmışdır |
XIX əsrin 90-cı illəri |
M.T.Sidqinin təşəbbüsü ilə Naxçıvanda qız məktəbi açılmışdır |
1894 |
Naxçıvanda «Tərbiyə» məktəbi açılmışdır |
1895 |
N.Jozefides (Fransa) tərəfindən Ordubadda ipək qurdu yetişdirilməsi üçün sınaq mərkəzi təşkil edilmişdir |
1896 |
Naxçıvanda ilk dünyəvi qız məktəbi təşkil edilmişdir |
1899, 21 dekabr |
Naxçıvanda ipəkçiliyə dair müşavirə keçirilmişdir |
1900, 1 may |
II Nikolay tərəfindən «Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlərinin torpaq təminatının mühüm əsasları təsdiq edilmişdir |
1905-1906 |
Ermənilər Naxçıvanda kütləvi qırğınlar törətmişlər |
1905, 26 fevral |
Qafqazda canişinlik üsul-idarəsi bərpa olunmuşdur |
1905, mart |
Qafqazda müvəqqəti hərbi məhkəmə yaradılmışdır |
1906 |
Kəndli torpaq bankının Zaqafqaziya şöbəsi Azərbaycan ərazisində fəaliyyətə başlamışdır |
1908 |
Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmir yolu çəkilişi başa çatdırılmışdır |
1911 |
Culfada İran hesab-borc bankının şöbəsi yaradılmışdır |
1912 |
Culfada Tiflis kommersiya bankının şöbəsi açılmışdır |
1912, 20 dekabr |
Sahibkar torpaqlarında yaşayan kəndlilərin pay torpaqlarının xüsusi sahibkarları elan edilmişdir |
1917 |
Naxçıvanda «El güzgüsü» teatr cəmiyyəti yaranmışdır |
1918, 28 may |
Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır və Naxçıvanı öz ərazisi elan etmişdir |
1918, 3 noyabr |
Araz Türk Cümhuriyyəti yaranmışdır |
1919, 28 fevral |
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Naxçıvan general-qubernatorluğu yaradılmışdır |
1919, 8 mart |
Araz Türk Cümhuriyyətinin nümayəndə heyəti Bakıya gəlmişdir |
1919, mart |
Araz Türk Cümhuriyyəti süqut etmişdir |
1919, 24 oktyabr |
Müttəfiqlər ordusu Ali Baş Komandanı Vilyam Qaskel “Naxçıvan general-qubernatorluğu yaradılması haqqında” əmr vermişdir |
1920, 28 iyul |
Naxçıvan Sovet Sosialist Respublikası yaradılmışdır |
1920, 29 iyul |
Naxçıvan İnqilab Komitəsi yaradılmışdır |
1920, sentyabr |
Naxçıvana daşnak-erməni hərbi hissələrin hücumu başlamışdır |
1920, 18 sentyabr |
Ordubad daşnak-erməni hərbi hissələrindən azad olunmuşdur |
1921, yanvar |
Naxçıvan əhalisinin 90 %-i muxtariyyət statusunda Azərbaycan SSR-ə birləşməyə səs vermişdir |
1921, 16 mart |
Moskva müqaviləsi imzalanmışdır |
1921, 13 oktyabr |
Qars müqaviləsi imzalanmışdır |
1923, 27 fevral |
III Ümumnaxçıvan Sovetlər qurultayında Naxçıvan SSR-in Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında Azərbaycan MİK-ə müraciət etmişdir |
1923, 16 iyun |
Azərbaycan MİK-in üçüncü sessiyası Ümumnaxçıvan Sovetlər qurultayının qərarını təsdiq etmişdir |
1923, 31 dekabr |
Azərbaycan MİK-i Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqda qərar qəbul etmişdir |
1924, 8 yanvar |
Zaqafqaziya MİK-in birinci plenumunda Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqda qərar qəbul edilmişdir |
1924, 18 yanvar |
Naxçıvan MİK-in plenumunda Naxçıvan MSSR hakimiyyət orqanları təşkil edilmişdir |
1924, 9 fevral |
Azərbaycan MİK-i Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikaya çevrilməsi haqda qərar qəbul etmişdir |
1925, 1 avqust |
Naxçıvan MSSR Sovetlərinin I-ci qurultayı keçirilmişdir |
1926, 18 aprel |
Ümumnaxçıvan Sovetlər qurultayında Naxçıvan MSSR-in birinci Konstitusiyası qəbul olunmuşdur |
1929, 18 fevral |
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Qərarı ilə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri və Ordubad rayonunun Qorçevan və Kilit kəndləri torpaqlarının bir hissəsi Ermənistana verilmişdir |
1937, 17 sentyabr |
Naxçıvan MSSR-in ikinci Konstitusiyası qəbul olunmuşdur |
1938, 24-27 iyul |
Naxçıvan MSSR Ali Sovetinin birinci çağırış I sessiyası keçirilmişdir |
1967, 12 sentyabr |
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı yaradılmışdır |
1971 |
Araz Su Elektrik Stansiyası tikilmişdir |
1972, 28 iyul |
Naxçıvan Pedaqoji İnstitutu açılmışdır |
1974, 21-22 fevral |
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvan MSSR-ə “Xalqlar dostluğu” ordenini təqdim etmək üçün Naxçıvana gəlmişdir |
1974, oktyabr |
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi qeyd edilmişdir |
1974, 4-5 oktyabr |
Naxçıvan MSSR-in 50 illik yubiley tədbirlərində iştirak və “Oktyabr inqilabı” ordenini Naxçıvan MSSR-ə təqdim etmək üçün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir |
1974, oktyabr |
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi qeyd edilmişdir |
1978, 30 may |
Naxçıvan MSSR-in ikinci Konstitusiyası qəbul olunmuşdur |
1978, oktyabr |
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir |
1978, 23 oktyabr |
Babək rayonu yaradılmışdır |
1979 |
Arpaçay dəryaçası tikilmişdir |
1980, 21-24 may |
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir |
1981, 21 iyul |
Naxçıvanda Hüseyn Cavidin Ev-Muzeyi açılmışdir |
1982, 1-2 oktyabr |
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvana gəlmişdir |
1982, noyabr |
Hüseyn Cavidin nəşi Naxçıvana gətirilərək dəfn edilmişdir |
1984, 9 iyun |
Naxçıvanda Hüseyn Cavidin Ev-Muzeyi açılmışdir |
1987 |
Bənəniyar su anbarı tikilmişdir |
1989, 31 dekabr |
Naxçıvan Muxtar Respublikasında on minlərlə adam Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədi boyunca dirəklərin tikanlı məftillərini sökmüşlər |
1990, 18-19 yanvar |
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur |
1990, 19 yanvar |
«Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında» Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə «Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan» Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdir |
1990, 22 iyul |
Heydər Əliyev təyyarə ilə Bakıdan Naxçıvana gəlmişdir |
1990, 17 noyabr |
Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin I sessiyası öz işinə başlamışdır |
1990, 21 noyabr |
Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı «1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar qəbul etmişdir |
1990, 14 dekabr |
Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı «Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında» qərar qəbul etmişdir |
1990, 29 dekabr |
Naxçıvan Dövlət Universiteti yaradılmışdır |
1991, 14 mart |
Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etmişdir |
1991, 16 aprel |
Naxçıvan MR-in Nehrəm kəndində İranla sərhəddən sadələşmiş üsulla keçmək üçün körpünün açılışı olmuşdur |
1991, 3 sentyabr |
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilmişdir |
1991, 7 sentyabr |
Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR Dövlət Müdafiə Komitəsi təşkil olunmuşdur |
1991, 29 oktyabr |
Naxçıvanla Türkiyə arasında müvəqqəti körpü açılmışdır |
1991, 16 dekabr |
Naxçıvan MR Ali Məclisi hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi bayram olunması barədə qərar qəbul etmişdir |
1992, 10 mart |
Sədərək yaxınlığındakı sərhəd zastavasında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə Ermənistan Ali Sovetinin Sədri B.Araksyan arasında görüş olmuşdur. Söhbət zamanı atəşin kəsilməsi, Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunmuşdur |
1992, 6 aprel |
Naxçıvan MR Ali Məclisi «Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında» qərar qəbul etmişdir |
1992, 24 aprel |
Bakıdan Naxçıvana və əks istiqamətdə gedən qatarların hərəkəti tamamilə dayandırılmışdır |
1992, 18 may |
Erməni qüvvələri güclü atəş hazırlığından sonra Sədərəyə hücuma keçmişlər |
1992, 18-19 may |
Milli Ordu qüvvələri Sədərək yaxınlığında əldən verdiyi mövqeləri geri qaytarmışdır |
1992, 28 may |
Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəlmişdir |
1992, 18 avqust |
Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın axırıncı rus əsgəri yola salınmışdır. Hərbi əmlakın tamamilə Milli Ordunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimində Heydər Əliyev iştirak etmişdir |
1992, 29 sentyabr |
Sonuncu rus sərhədçiləri Naxçıvan MR ərazisini tərk etmişlər. Ruslara məxsus bütün hərbi və təsərrüfat əmlakının Azərbaycanın Naxçıvandakı sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalanmışdır |
1992, 24 oktyabr |
Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin silahlı dəstələri tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi göstərilmişdir |
1992, 25 oktyabr |
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında 24 oktyabr dövlət çevrilişi cəhdi pislənilmiş, Azərbaycan Xalq Cəbhəsi silahlı dəstələrinin tərksilah edilməsi ilə əlaqədar deputat komissiyası yaradılmışdır |
1992, 21 noyabr |
Naxçıvanda “Yeni Azərbaycan Partiyası”nın təsis edilmişdir |
1992, 3 dekabr |
İrandan Naxçıvana 40 meqavat gücündə elektrik enerjisinin verilməsi münasibətilə Arazkənarı stansiyada təntənəli mitinq olmuşdur |
1993, 5 fevral |
Naxçıvanda Türkiyə Respublikasının konsulluğu fəaliyyətə başlamışdır |
1993, 8 mart |
Naxçıvanda İran İslam Respublikasının Konsulluğu açılmışdır |
1993, 14 may |
Sədərəklə Ararat rayonu arasındakı sərhəd zastavasında Naxçıvanın və Ermənistanın nümayəndə heyətləri görüşmüşlər. Heydər Əliyev və Ermənistan Ali Soveti sədrinin müavini A.Saakyan sərhədboyu məntəqələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar bəyannamə imzalamışlar |
1993, 9 iyun |
Heydər Əliyev Gəncədə baş vermiş silahlı toqquşma nəticəsində yaranmış vəziyyəti nizamlamaq üçün Azərbaycan rəhbərliyi tərəfindən Bakıya dəvət olunmuşdur. |
1995, 12 noyabr |
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında mövcud siyasi-coğrafi mövqeyi beynəlxalq Moskva və Qars müqavilələri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasına Muxtar Dövlət statusu verilmişdir |
1996 |
Naxçıvanda Cəlil Məmmədquluzadənin Ev-Muzeyi açılmışdır |
1996, 29-31 oktyabr |
Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir |
1998, 13 mart |
Cəmşid Naxçıvanski adına Respublika Orta Hərbi İnternat Məktəbinin Naxçıvan filialı təsis edilmişdir |
1998, 28 aprel |
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir |
1998, 29 dekabr |
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmişdir |
1999, 10-15 oktyabr |
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana səfər etmişdir |
2000, 23 mart |
Heydərabad qəsəbəsi yaradılmışdır |
2002, iyun |
Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin Ev-Muzeyi, Olimpiya İdman Kompleksi açılmışdır |
2002, 15-18 iyun |
Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir |
2002, 7 avqust |
Azərbaycan MEA Naxçıvan Bölməsi yaradılmışdır |
2002, 10-15 avqust |
Heydər Əliyev Naxçıvana səfərə gəlmişdir |
2002, 14 avqust |
Heydər Əliyev Sədərək rayonu ərazisində Ermənistan prezidenti Robert Köçəryanla təkbətək görüşmüşdür |
2002, 19 mart |
Kəngərli rayonu təşkil edilmişdir |
2004, 12-14 may |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur |
2004, 2 sentyabr |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2005, 31 oktyabr |
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsi yaradılmışdır |
2005, 19-20 dekabr |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2006, 20-21 dekabr |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2007, 17 oktyabr |
İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur |
2008, 3-4 iyun |
İlham Əliyev Naxçıvanda səfərdə olmuşdur |
2009,8 iyun |
Yeni taxıl anbarı istismara verilmişdir |
2009, 3-4 avqust |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2009, 2 oktyabr |
İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gəlmişdir |
2009, 3 oktyabr |
Naxçıvan şəhərində Türkdilli ölkələrin Dövlət başçılarının IX Zirvə görüşü keçirilmişdir |
2010, 5 oktyabr |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2011, 17 fevral |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır |
2011, 15 mart |
İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey Naxçıvana gəlmişdir |
2011, 21-24 iyun |
“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpozium kecirilmişdir |
2011, 29 dekabr |
Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu və memarı Mustafa Kamal Atatürkün abidəsinin açılışı olmuşdur |
2012, 7 mart |
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda görüşü olmuşdur |
2012, 30 may |
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir |
2013, 28 fevral |
Gürcüstan Respublikasının Prezidenti Mixael Saakaşvili Naxçıvana səfərə gəlmişdir |
2013, 9 sentyabr |
Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası yenidən qurulmuşdur |
2014, 7-8 aprel |
İlham Əliyev Naxçıvana səfərə gəlmişdir |
2014, 5 iyul | “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir |
2014, 24 oktyabr | Naxçıvan şəhərində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu keçirilmişdir |
2014, 1 noyabr | Muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi yaradılmışdır |
2014, 2 dekabr | Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilmişdir |
2015, 4 aprel | Naxçıvanda “Bakı-2015” İlk Avropa Oyunlarının Alov festivalı keçirilmişdir |
2015, 5 may | Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilmişdir |
2015, 19 avqust | Naxçıvanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunmuşdur |
2015, 16 sentyabr | “Naxçıvan” Universiteti üçün yeni universitet şəhərciyi istifadəyə verilmişdir |
2015, 1 dekabr |
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir
Yenidən qurulan Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu açılmışdır Nehrəm kənd 2 saylı tam orta məktəb istifadəyə verilmişdir Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışı olmuşdur Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışı olmuşdur Naxçıvan şəhərdaxili su şəbəkəsi istifadəyə verilmişdir Naxçıvan Günəş Elektrik Stansiyasının açılışı olmuşdur |
2016, 21 yanvar | Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır |
2016, 26 yanvar | Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir |
2016, 25 may | Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilmişdir |
2016, 2 iyun | Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı |
2016, 17 iyun | “İyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir |
2016, 1 iyul | Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi bərpa olunmuşdur |
2016, 9 iyul | “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir |
2016, 11 sentyabr | Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilmişdir |
2016, 15 sentyabr | Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olmuşdur |
2016, 3 dekabr | Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunmuşdir |
2016, 29 dekabr | Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır |
2017, 11 yanvar |
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir
Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olmuşdur Culfa rayon mərkəzinə və ətraf kəndlərə, Şahbuz şəhərinə və ətraf kəndlərin içməli suyun verilməsi mərasimi olmuşdur Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilmişdir Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı olmuşdur |
2017, 3 may |
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov Naxçıvana gəlib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı keçirilib |
2017, 7 iyul | Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib |
2017, 12 sentyabr | Naxçıvan Duz Muzeyi yaradılması haqqında qərar qəbul edilib |
2017, 10 noyabr | Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib |
2017, 7 dekabr | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasına rəsmi səfər edib |
2017, 20 dekabr | Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfərə gəlib |
2018, 17 yanvar | Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib |
2018, 25 aprel | Naxçıvan Duz Muzeyiistifadəyə verilib |
2018, 16 may |
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub. Naxçıvan Müəllimlər İnstitutunun yeni binası istifadəyə verilib Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışı olub. Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 saylı tam orta məktəbin açılışı olub. |
2018, 21-24 may | Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib |
2018, 28 may | Naxçıvan şəhərinin baş meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib |
2018, 20 iyun | Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri keçirilib. |
2018, 23 iyun | Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib |
2018, 5 iyul | Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilib |
2018, 26 noyabr | Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. |
2018, 26 noyabr – 1 dekabr | Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. |
2018, 15 dekabr | Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018"-in bağlanış tədbiri keçirilib. |
2018, 20 dekabr | Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib. |
2018, 27 dekabr | Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir. |
2019, 30 yanvar | Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir. |
2020, 15 aprel | Yusif Küseyir oğlu türbəsi bərpa olunub. |
2020, 5 may | Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib. |
2020, 10 may | Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib. |
2020, 22 may | Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib. |
2020, 8 iyul | Kəngərli rayonunda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. |
2020, 4 avqust | Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılıb. |
2020, 18 dekabr | Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılıb. |
2021, 8 fevral | Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. |
2021, 10 may | Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı baş tutub. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı olub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışı olub. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub. Süni Mayalanma Mərkəzi istifadəyə verilib. Culfa-Ordubad magistral avtomobil yolunun açılışı olub. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub. |
2023, 5 iyun | Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. |
2023, 25 sentyabr | Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər. |
2023, 30 dekabr | Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. |