Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1) Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilsin.

2) Naxçıvan Muxtar Sovet Sosialist Respublikası bu gündən Naxçıvan Muxtar Respublikası adlandırılsın

.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasına sədrlik edən
Heydər ƏLİYEV

Naxçıvan şəhəri, 17 noyabr 1990-cı il