Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyət orqanı haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1) Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyət orqanının adı dəyişdirilsin.
2) Naxçıvan Muxtar Respublikasının Ali Soveti bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılsın.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasına sədrlik edən
Heydər ƏLİYEV
Naxçıvan şəhəri, 17 noyabr 1990-cı il