Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyət orqanı haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi - Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasına sədrlik edən
Heydər ƏLİYEV

Naxçıvan şəhəri, 17 noyabr 1990-cı il