Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Milli Elmlər Akademiyasının müraciətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi pоtensialdan istifadə оlunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnоqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə qərara alıram:
- Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilsin. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunu, Təbii Ehtiyatlar İnstitutunu, Biоresurslar İnstitutunu, Əlyazmalar Fondu və Batabat Astrоfizika Rəsədxanasını əhatə edir.
- Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti statusuna malikdir.
- Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin maliyələşdirilməsi hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə göstərilsin.
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin səmərəli fəaliyyəti üçün lazım olan binaların və digər maddi-texniki vəsaitin ayrılmasını təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2002-ci il