Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı
Möhtərəm Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın tarixinin və soykökünün öyrənilməsi sahəsində 70-ci illərdən aparılan elmi araşdırma və tədqiqat işləri yenidən davam etdirilir. Hazırda qədim mədəniyyətimizin və tariximizin bir çox sahələri ölkəmiz müstəqillik qazanandan sonra yaranmış reallıqlar baxımından araşdırılır və tədqiq edilir. Bu baxımdan ciddi elmi-tədqiqat işlərinin aparılmasənı zəruri edən sahələrdən biri də qayaüstü rəsmlərin, qədim yazı təsvirlərinin öyrənilməsidir.
Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikası ən qədim mədəniyyətin daşıyıcıları olan tarixi abidələri ilə məşhurdur. Belə abidələrdən biri də xalqımızın tarixən bu torpağa məxsusluğunun daş pasportu olan Gəmiqaya tarixi-etnoqrafık abidələr kompleksidir.
Xalqımızın tarixi, etnoqrafıyası və arxeologiyası üçün çox ciddi əhəmiyyətə malik olan Gəmiqaya qayaüstü təsvirləri Kiçik Qafqaz dağlarının dəniz səviyyəsindən 3000-3500 metr yüksəkliyində yerləşən Qaranquş, Camışölən və Nəbiyurdu yaylaqlarmda qeydə almmışdır.
Süjet, kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə, ovçu, maldar və əkinçi tayfalarm təsərrüfat həyatına həsr olunmuşdur. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı müxtəlif astronomik, coğrafı təsvirli rəsmlər də vardır.
Xalqımızm həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarix və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir.
Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə - möhtərəm Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanmışdır. 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasmm Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasmı, elmi al bomun nəşr edilməsini, elmi-kütləvi fılmin çəkilməsini qərara almış, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılmış, bir sıra elmi materiallar çap olunmuşdur.
Təəssüflə qeyd olunmalıdır ki, 70-ci illərdən xalqımızın milli özünüdərki, tariximizin və mədəniyyətimizin araşdırılması sahəsində həyata keçirilən bir çox taleyüklü tədbirlər kimi, Gəmiqaya abidələrinin tədqiqi sahəsində aparılan işlər də 1980-cı illərin axırlarından unudulmağa başlanmış, tədqiqat işlərinə ara verilmişdir. Yaranmış boşluqdan istifadə edən millətçi erməni «tədqiqatçıları» gizli şəkildə Gəmiqayada tədqiqat aparmışlar. Aparılan işlərin nəticəsi olaraq nəşr edilən «Navasarın qaya təsvirləri» və «Naxçıvanın memorial abidələri və relyefləri» adlı materiallarda erməni alimləri tarixi saxtalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq xalqımızın ən qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışmış, Gəmiqayanın adını «Navasar», «Tapanasar» kimi uydurma adlarla əvəz etmişlər.
Qədim türk dünyası mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının ən qədim tarixinin və mənəvi mədəniyyətinin öyrənilməsi üçün xəzinədir. Bu abidələrin qorunub saxlanaraq gələcək nəsillərə çatdırılması, ardıcıl və sistemli şəkildə tədqiq edilməsi üçün qərara alıram:
1. Azərbaycan Respublikası Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzi və Naxçıvan Dövlət Universiteti Azərbaycan Elmlər Akademiyasının mütəxəssislərini dəvət edib, onlarla birlikdə Gəmiqaya abidələrində elmi-tədqiqat işlərinin aparılması üçün Gəmiqaya ekspedisiyasını təşkil etsinlər.
2. Ekspedisiyaya tapşırılsın ki, Gəmiqaya abidələrinin qorunub saxlanması, ardıcıl və sistemli şəkildə öyrənilməsi üçün aparılan tədqiqat işlərinin nəticəsi barədə elmi rəy hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim etsinlər.
3. Sərəncamın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına tapşırılsın.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri, 26 aprel 2001-ci il.